"Cocuq Mərcanlıda yaşayan gənclərə dəstək olmaq lazımdır" - BAMF Prezidenti Umud Mirzəyev - FOTOLAR | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


"Cocuq Mərcanlıda yaşayan gənclərə dəstək olmaq lazımdır" - BAMF Prezidenti Umud Mirzəyev - FOTOLAR

“Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusunda tədbir keçirildi

Cəmiyyət A- A A+

16 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasının və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilib. Tədbir Dövlət başçımız Cənab İlham Əliyevin ölkədə aparılan sosial islahatlarla bağlı və bu paketə daxil olan “Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusuna həsr olunub.

Eurasia Diary-nin verdiyi xəbərə görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.

Tədbiri kollecin direktoru dosent İsrayıl İsgəndərov açaraq qonaqları və iştirakçıları salamlamış, tədbirin mahiyyəti barədə geniş məlumat vermişdir. Sonra sözü gələn qonaqlara verərək onları müəllim və tələbə kollektivi ilə birbaşa ünsiyyət qurmağa və auditoriyadan verilən sualları cavablandırmağa dəvət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli son bir ildə ölkə prezidenti tərəfindən aparılan sosial islahatlar barəsində geniş məlumat verərək bu sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb, tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Milli Məclisin deputatı Əflatun Amaşov sosial islahat paketinə daxil olan fərman və sərəncamlar barədə geniş məlumat verib, tələbələrin və müəllimlərin bu paketə daxil olan bütün soasial məsələlərlə bağlı verilən suallarını cavablandırıb.

“İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə ölkəmizin keçdiyi tarixi yoldan və inkişaf mərhələlərindən geniş söhbət açaraq, sürətlə inkişaf edən Azərbaycanımızın mövqeyindən danışıb, regionda güclü bir dövlət olduğunu qeyd edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev düşmən işğalından azad olan Cocuq Mərcanlı kəndində görülən son işlər barədə məlumat verərək, gənclərimizin həmin torpaqlarda yaşayan və inkişaf edən gənclərə dəstək olmalarını töfsiyə edib.

Natiqlər ölkəmizdə 2019-cu ilin əvvəlindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması üçün demək olar ki, mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərman və sərəncamlar barədə tələbə və müəllimlərə geniş məlumatlar veriblər.

Sonda Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələri ölkəmizdə Prezidentimiz Cənab İlham Əliyev tərəfindən sosial sahədə atılan addımlara, üç ayda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlara görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...