Azad edilmiş Cocuq Məcanlı - VİDEO | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Azad edilmiş Cocuq Məcanlı - VİDEO

Cəmiyyət A- A A+

Erməni işğalçı qüvvələri 1993-cü ilin oktyabr ayında Cocuq Mərcanlı kəndini işğal edib. Lakin 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad edilib.

Buna baxmayaraq, kəndin ətrafındakı yüksəkliklərin erməni qüvvələrinin nəzarətində olması əhalinin geri qayıtmasını təhlükə baxımından mümkünsüz etdi.

2016-cı il Aprel döyüşlərində ordumuzun uğurlu əməliyyatları sayəsində Lələtəpə və ətraf ərazilər işğalçılardan təmizlənib. Bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olundu.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 

Hazırda Cocuq Mərcanlı kəndində 145 ailə məskunlaşıb.

Kəndin təxminən 6000 -a yaxın sakini var.

Qeyd edək ki, video görüntülər və şəkillər İsraildən gəlmiş jurnalistlərlə birlikdə regiona səfər edən BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) əməkdaşı Nicat Cəlilov tərəfindən çəkilib.

 

 

 

Euasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...