Azərbaycan İlahiyyat İnstitutunun heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində olub - FOTOLAR | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Azərbaycan İlahiyyat İnstitutunun heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində olub - FOTOLAR

Cəmiyyət A- A A+
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov və ali tədris müəssisəsinin əməkdaşları orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Ağcabədi rayonuna səfər zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüş keçiriblər.
Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışıb. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində təhsil sisteminin inkişafı ilə bağlı görülən işlər bu sektorun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunun bariz nümunəsidir. 
Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. 
Sonra Aİİ rəhbəri ali tədris müəssisəsi  haqqında ümumi məlumat verərək, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova və institutun İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsində qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat veriblər.
Daha sonra Aİİ heyəti ADPU-nun Ağcabədi filialında müəllim heyəti və tələbələrlə görüşüb.
Görüşdə ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mətanət xanım Fərzəliyeva Aİİ heyətini tədris ocağında görməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verilir. M.Fərzəliyeva  gənclərdə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirmək üçün müxtəlif layihələr, müzakirələr, seminarlar, görüşlərin təşkil olunmasının xüsusi rol oynadığını qeyd edib. 
Aİİ rektoru Ceyhun Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, hazırda ölkə başçısı cənab İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Rektor Aİİ-nin yaradılması, fəaliyyət istiqamətləri haqqında da geniş məlumat verib.
Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın aşılanması istiqamətində İnstitutda ardıcıl müxtəlif tədbirlər, görüşlər, “dəyirmi masa”lar, seminarların təşkil olunduğunu da  diqqətə çatdırıb.
Sonra filialın müəllim heyəti milli-mənəvi dəyərlər mövzusunda fikirlərini bölüşüb, tələbələrin sualları cavablandırılıb.
Görüşlər zamanı elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması barədə müzakirələr aparılıb.
 
1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...