Aİİ-də Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinovun “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub

Cəmiyyət 19:23 25.04.2019
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinovun “Rusiyada İslam tarixi” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bu əlaqələrin  
təhsil və elm sahəsində uğurla inkişaf etdiyini vurğulayan rektor Aİİ-nin Rusiyanın bir sıra ali təhsil müəssisələri ilə əlaqələrin yaradıldığını və ikitərəfli əməkdaşlıq protokolları imzalandığını nəzərə çatdırıb. C.Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin məqsəd və hədəflərini nəzərə çatdıran rektor İnstitutun fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verildiyini vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən bəhs edib. Respublikamızda multikultural mühitin qorunmasının ölkə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlanıldığını vurğulayan  R.Həsənov  bildirib ki,  Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. “Rusiyada islam tarixi” kitabının Azərbaycan İlahiyyat İnstitutunda təqdim edilməsinin əhəmiyyətini vurğulayan R.Həsənov bu təqdimatın ölkəmizdə mövcud  multikultural mühitə töhfə olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev çıxışında bildirib ki, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir.  Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri vardır.  Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə  xüsusi həssaslıqla yanaşdığını qeyd edən F.Nurullayev ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrin olduğunu vurğulayıb.
Azərbaycanda Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin tədbir təşkilatçılarına təşəkkürünü bildirib. “Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimində iştirak etməkdən məmnunluq hissi keçirdiyini bildirən millət vəkili kitabın müəllifinə belə bir əsəri ərsəyə gətirdiyi üçün minnətdarlığını bildirib. 
M.Zabelin çıxışında Azərbaycanda mövcud olan multikultural mühitdən bəhs edib. Respublika Prezidenti cənab İlham Əliyevə ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiyalar təmsilçiləri üçün yaradılan şəraitə görə minnətdarlıq hissini ifadə edib. 
AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdırıb. O qeyd edib ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşıb,  ümid edirik ki, bu meyillər dayanıqlı olacaqdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr haqqında məlumat verib. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən professor bildirib ki,  vəzifəmiz elm sahəsində münasibətləri möhkəmləndirmək və inkişaf etdirməkdir.
Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinov Aİİ-də olmaqdan və Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini bildirib. Müəllifi olduğu “Rusiyada İslam tarixi” kitabı haqqında məlumat verib. İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edən Demir Muxeddinov hazırda Rusiyada yaşayan müsəlmanların sayı, yaşadıqları ərazi barədə fikirlərini bölüşüb. 
Moskva İslam İnstitutunun rektoru İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyini, həmçinin müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. Rusiyada mövcud duruma toxunan məruzəçi müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğunu vurğulayıb. D.Muxeddinov bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Qeyd edib ki, Rusiya cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği, millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı