Dünən Hava limanı avtomagistralında baş vermiş qəzada yaralananların sayı məlum olub.
Eurasia Diary Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qəzada 27 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdır:
“Dünən axşam saatlarında baş verən qəza ilə əlaqədar 3 saylı şəhər Klinik Xəstəxanasına 27 nəfər müraciət edib. Hazırda xəstəxanada7 nəfər müalicəsini davam etdirir. Onlardan 4-ü reanimasiya şöbəsindədir vəziyyətləri ağır stabildir. 3 nəfər isə travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri yaxşıdır”.
Xatırladaq ki, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 Dövlət Qeydiyyat Nişanlı avtobusa dəyib. Hadisəyə kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi səbəb olub.