"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi dünyanın ən qədim və ən böyük universitetlərindən biri olan Misirin əl-Əzhər universitetinin təşkil etdiyi beynəlxalq mədəniyyətlər sərğisində iştirak edib. Tədbirdə Azərbaycanın milli geyimi, mətbəxi və həqiqqətlərini əks etdirən müxtəlif kitab və jurnallar nümayiş etdirilib.
Sərgidə 108 ölkədən olan minləlrlərlə insan iştirak edib. Tədbirin təşəbbüskarı Rahidə Nəsirli Azərbaycan haqqında kütləvi infarmasyalara Azərbaycanla bağlı geniş məlumat vermişdir. Ən böyük maraq milli geyim və ləziz şirniyyatımıza oldmuşdur.
Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, son illərdə Aərbaycanı təbliğ etmək məqsədilə mütəmadı olaraq bu cür tədbirlərin təşkil oluduğunu qeyd etmişdir. Əsas məqsədlərimizdən biri də Misirdə təhsil alan xarici tələbələr arasında da Azərbaycanı təbliğ etməkdir. Bu tədbirlərin nəticəsi olaraq Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən günə artmaqdadır.