Amerikaya məşhur olmaq arzusu ilə gələn sehrbaz həmyerlimiz

Cəmiyyət 09:00 04.05.2019

Televiziya çıxışlarına görə 21 dəfə məşhur "Emmy Awards" mükafatına layiq görülən, on bir dəfə adı Ginnesin Rekordlar Kitabına düşən, Hollivudun şöhrət aleyasında öz ulduzu olan, ABŞ-ın Konqress Kitabxanasının "Yaşayan Əfsanə" adlandırdığı, Fransa hökumətinin "Cəngavərlik" titulu verdiyi, dünyada ən çox tanınan sehrbaz Devid Koperfildin vətəni Amerikada sehrbaz kimi özünü təqdim etmək insandan böyük cəsarət tələb edir. Hələ ki, təyyarəni, vaqonu yox edə, Çin səddini yarıb keçə bilməsə də bir sıra uğurlara imza atmağı bacarıb. Zarafat deyil, cəmi bir ildir ABŞ-da yaşadığına baxmayaraq, artıq Devid Koperfildin də üzv olduğu "The Society of American Magicians" cəmiyyətinə üzv seçilib…

…Atası Ağalar Canqudov Qəbələ rayonunda yaşayır, ixtisasca mühəndisdir. Hazırda təqaüddədir. Anası Rahilə xanım isə evdar qadındır…

Haqqında söhbət açdığım Rəşadət Canqudov milliyətcə ləzgidir. 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. 2005-ci ildə orada 3 saylı orta məktəbi rus dilində bitirib. 2006-2007-ci illərdə hərbi xidmətdə olub. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində qiyabi təhsil alıb. Eyni zamanda 2008-ci ildən 2018-ci ilədək otellərdən birində çalışıb. O, burada sıravi işçidən gecə növbəsinin meneceri vəzifəsinədək yüksələ bilib. 2018-ci ildən ABŞ-ın Virciniya ştatının Feyrfəks şəhərində yaşayır.

…Ömür-gün yoldaşı Tünzalə xanım ixtisasca roman-german dilləri üzrə filoloqdur. Hazırda Feyrfəks şəhərindəki uşaq bağçalarından birində tərbiyəçi müəllim işləyir. Üç yaşında Ramal adında bir oğlu vardır…

2010-cu ildən Beynəlxalq İllüzianistlər Cəmiyyətinin üzvüdür. Əsasən sehrbazlığın mental, səhnə və mikromagiya janrlarıyla məşğul olur. ABŞ-a gəlişindən qısa müddət keçməsinə baxmayaraq tez-tez müxtəlif tədbirlərə dəvət alır…

Deyir ki,- "Uşaq vaxtlarından bu sənətə həvəsim var idi. Axtarıb Azərbaycanın məşhur illüzianisti Tofiq İsgəndərlini tapdım və ondan dərs aldım. O, mənim bu sənətdə ilk müəllimim olub. Bundan əlavə hər il Rusiyaya gedir, sehrbazlıqla bağlı ödənişli seminarlarda iştirak edirdim. "Green Card" udandan sonra qərara gəldim ki, ABŞ-a köçüm. Burada mənim sənətimə böyük dəyər verirlər"…

Bu il Las Veqasda keçiriləcək sehrbazların ənənəvi yarışına qatılmağa hazırlaşır. İstəyir ki, sənəti ilə amerikalıların diqqətini özünə cəlb etsin. Söylədiyinə görə, imkanı yol verəndən sonra Azərbaycana qayıdıb, gənc illüzianistəlrin məktəbini yaradacaq. Dünya ədəbiyyatını, o cümlədən psixologiya haqqında kitabları mütaliə etməkdən yorulmayan bu sehrbaz həmyerlimizi dinlədikcə, sanki sehrli bir aləmə düşmüşdüm. Həmin aləmdə hər şey nağıllarda olduğu kimi idi. 
Kim bilir, bəlkə də Hollivudun şöhrət aleyasında nə vaxtsa onun da adına bir ulduz olacaq…

#Elman Eldaroğlu,
ABŞ, Miçiqan

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Hamısı