Bu gün dünyanın aparıcı jurnalistlərindən olan tanınmış siyasi analitik Malik Ayyub Sumbal Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub, Eurasia-Diary analitik informasiya portalına eksklüziv müsahibə verib, gənc jurnalistlərlə görüşüb.
Malik Ayyub Sumbal BAMF-ın təşəbbüsü ilə yaradılmış Avrasiya Media Şəbəkəsinin ilk redaktoru, “Eurasia-Diary” analitik informasiya portalının, Caspian Times multimedia orqanının baş redaktoru vəzifələrində çalışıb. O, Amerikanın Sirakuz Universitetinin nüfuzlu “Ayna” Jurnalist Mükafatına layiq görülüb. Onun təhlil və yazıları, müsahibələri CGTN, CNN, BBC, Əl Cəzirə, İRNA, RT və.s televiziyalarda, xəbər məkanlarında geniş yayılıb. Hal-hazırda Çinin məşhur CGTN media qurumunun aparıcı şəxslərindəndir.
“Sivilizasiyalararası 5-ci Bakı Forumu” çərçivəsində Bakıda səfərdə olan Malik Ayyub Sumbal müasir dünyamızdakı kataklizmlər fonunda tədbirin mövzusunun, panel müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Belə bir önəmli tədbirin BMT egidası altında Bakıda keçirilməsindən məmnun olduğunu qeyd edən Malik Ayyub Sumbal Prezident İlham Əliyevin təsirli çıxışının xüsusilə yaddaqalan olduğunu və çıxışdan sonra prezidentlə görüşdüyünü və ona xüsusi minnətdarlığını bildirdiyini qeyd etdi. “Eurasi-Diary” analitik informasiya portalının qonağı olan Malik Ayyub Sumbalın saytda ilk fəaliyyətinə dair xatirələrini gənc jurnalistlərlə bölüşüb, bu dəyərli vəzifənin icrasında ona dəstək olduğu üçün BAMF prezidentinə xüsusi təşəkkürünü bildirib.