İlahiyyat İnstitutu və IRCICA Anlaşma Memorandumu imzalayıb

Cəmiyyət 14:54 06.05.2019
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət qurumu olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) Baş direktoru Xalid Ərən Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. 
 
Aİİ rektoru Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni İnstitutda görməkdən məmnunluğunu ifadə edib, bu səfərin iki qurum arasında qarşılıqlı əlaqələrin daha da inkişafına səbəb olacağını vurğulayıb. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. C.Məmmədov Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkilinə göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib və tədbirin əhəmiyyətini vurğulayıb. 
 
IRCICA-nın Baş direktoru X.Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib addım kimi dəyərləndirib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini ifadə edən X.Ərən İnstituta işlərində müvəffəqiyyətlər arzulayıb.
 
Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.
 
Sənəddə 11-12 iyul 2019-cu il tarixdə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkil olunması ilə  əlaqədar müddəalar əksini tapıb.
 
Qeyd edək ki, 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpozium İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət qurumu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA); Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Beynəlxalq Simpoziumda “İslam ənənələrinin Azərbaycanda möhkəmlənməsində və müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”; “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzularında məruzələr dinləniləcək. Həmçinin, “İslamın Qafqazda yayılması”; “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “İslam mədəniyyətinin Qafqaz xalqlarının adət-ənənələrinə təsiri”; “İslam memarlığı Qafqazda”; “Qafqazda İslam incəsənəti və ədəbiyyatı” mövzularında müzakirələr aparılacaq. Bununla yanaşı, Simpoziumda “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafındakı rolu”; “Qafqazda dini və ictimai-mədəni həyatın müxtəlif aspektləri”; “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış tarixi və mədəni irsi: bu irsin qorunması və dünya miqyasında tanıtdırılması üçün akademik araşdırmalar” mövzularının müzakirəsi nəzərdə tutulur.  
 
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
Hamısı