Musa Yaqubun Avstriyada yaşayan nəvəsi...

Cəmiyyət 18:00 07.05.2019

Səsindəki qəribə həzinlik adamın ruhunu oxşayır. Dinlədikcə bu səsin dərinliklərində vətənə, insanlara sevgi dolu kövrək bir ürəyin döyündüyünü duymamaq olmur. Onu daha çox danışdırmağa, daha yaxından tanımağa çalışdım. Söhbətimiz boyu qərib bir ölkədə özü boyda Azərbaycan olmağa cəhd edən bu xanımın arzularına heyran oldum. Onların hər biri vətənlə, xalqla bağlıdır. Bu gənc xanımın istəklərinin hamısına sanki doğma məmləkətin dərdi, sevinci hopub. Avstriyayla Azərbaycan arasında mədəni əlaqələrin daha sıx olmasında iştirak etməyə, Azərbaycanın Avstriyada daha çox tanınmasında xidmət göstərməyə çalışır. İndiyədək avstriyalı şairlərdən Heinrik Böllün, Erik Fridin şeirlərini azərbaycan dilinə tərcümə edib. Thomas Bernhardın da hekayələrini dilimizə çevirməyə hazırlaşır. Alman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini, siyasi kitabları, dünya dramaturqlarını yorulmadan mütaliə edir. Ana dilini təkmilləşdirməkdən ötrü Azərbaycan ədiblərinin əsərlərini sevə-sevə oxuyur…

Deyir ki,- "Hər günüm gərgin iş rejimi ilə, əziyyətlə keçir ki, nəsə mənimsəyə, qazana bilim, bilik və bacarıqlarımı təkmilləşdirim. Bu ölkədə milli kimliyimi itirməyim"…

Haqqında söhbət açdığım Nərgiz xanım Gəraylı böyük şairimiz Musa Yaqubun nəvəsidir. İsmayıllıda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. Səkkizinci sinfədək 276 saylı məktəbdə oxuyub. Sonra valideynləri ilə birlikdə Avstriyanın İnnsbruk şəhərinə köçüblər. Tam orta təhsilini burada gimnaziyaların birində başa vurub. 2012-2016-cı illərdə Lepold-Franzens Universitetinin siyasi elmlər fakultəsində ali təhsil alıb. 2017-ci ildən həmin universitetin gender mədəniyyəti və sosial dəyişiklik fakultəsinin magistraturasında təhsilini davam etdirir. Bundan əlavə Salzburq şəhərindəki xüsusi akademiyada sosial-peşə pedaqoqu ixtisasına yiyələnib. Gənclərə kouçluq etmək üzrə təhsil alıb. Eyni zamanda 2013-2016-cı illərdə ictimai təşkilatlardan birində tərcüməçi kimi çalışıb. 2017-ci ildən Tirol sosial xidmətlərində mütəxəsis-məsləhətçi işləyir…

…Atası Elşən Gərayev kiçik bizneslə məşğuldur. Anası Səhər xanım Azərbaycan Dillər Universitetini bitirib. Hazırda yaşadığı şəhərdə klinikada çalışır. Qardaşı Gəray isə Avstriya universitetlərindən birində beynəlxalq maliyyə üzrə ali təhsil alır…

İngilis, alman, rus, türk dillərində sərbəst danışa bilən, bir az da fransız dilində fikirlərini ifadə etməyi bacaran bu xanım, ancaq milli musiqimizi, daha çox klassiklərimizin bəstələrini dinləyir. Gözəl rəsm əsərlərinə tamaşa etməkdən xüsusi zövq alır…

Deyir ki,- "Avstriya məktəblərində ədəbiyyatı az tədris edirlər. Mən ədəbiyyatı, necə deyərlər, öz zəkamda, zehnimdə Azərbaycandan gətirmişəm. Burada şagirdlərə duyğusallıq, poeziyaya vurğunluq aşılanmır, əsasən reallığı təbliğ edirlər. Avstriyalılar üçün "Biz" anlamından çox, "Mən" anlamı daha önəmlidir. Hər şey "Mən"-dən başlayır. Özünə inam, öz gücünə arxalanmaq, heç kimdən kömək ummamaq avstriyalıların həyat kredosudur. Ona görə də burada sosial ünsiyyət çox zəifdir"…

2017-ci ildən "Anatyrolia" teatr qrupunun üzvüdür. Müxtəlif səhnəciklərdə həvəskar aktrisa kimi rollar alır. Çalışır ki, bir azərbaycanlı kimi xalqımızın zəngin mədəniyyətə malik olduğunu yerli insanlara çatdıra bilsin. 
Hər yerdə halallıq axtarır, söyləyir ki, siyasət də halallıq üzərində qurulmalıdır. "Mən mühacirlərlə işləyirəm. Əfqanıstandan, Somalidən, eləcə də dünyanın bir sıra ölkələrindən Avstriyaya pənah gətirən bu insanların vətəni tərk etməsinə səbəb xarici müdaxilənin təsiri olsa da, Azərbaycandan gələn mühacirlər daxili savaşın nəticəsində ölkəni tərk edirlər. Necə deyərlər, sapı özümüzdən olan baltalardan qurtulub mühacir həyatına qədəm qoyurlar"- deyir…

Bəli, xanımın yaşını deməzlər. Amma o vaxt demirlər ki, otuzdan yuxarı olur. O isə iyirmi səkkiz yaşın içindədir. Hələ heç ailə də qurmayıb. Azərbaycan poeziyasına, o cümlədən babası Musa Yaqubun yaradıcılığına dərindən bələd olan bu gənc xanımın dünya görüşü, hadisələrə verdiyi təhlil, real baxışları, davranışı yüksək mədəniyyətindən, kübarlığından, ziyalılığından irəli gəlir. Başqa cür ola da bilməz, axı o, gözəl insan, böyük şairimiz Musa Yaqubun nəvəsidir…

P.S. İyunun 2-də Nərgiz xanımın doğum günüdür. Fürsətdən istifadə edib, onu bu münasibətlə öncədən təbrik edir, ona bir ömür uğur arzulayırıq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı