Thomson Reuters müəmması, humanitar elmlər və Ali Attestasiya Komissiyası

Cəmiyyət 16:19 07.05.2019
Aida Qasımova
 
BDU-nun Ərəb filologiyası kafedrasının professoru
 
Thomson Reutersdə indeksləşən jurnallarda nəşr olunmuş məqalələr barədə söhbətlərin artdığı, illik hesabatlarda kafedra və şöbələr qarşısında bu cür məqalələr tələbi qoyulduğu bir vaxtda elmi dairələrdə özünü göstərən bir yanlışlığa diqqəti cəlb etmək istərdim. Bu, humanitar və dəqiq elmlər sahəsində nəşr olunan yazılara eyni müstəvidə yanaşılması və impakt faktor göstəricisinin hər iki sahə jurnallarına tətbiq edilməsidir.
 
Qeyd etmək istərdim ki, jurnalların dəyərləndirilməsi prosesində humanitar, sosial və dəqiq elmlərin eyni səviyyədə götürülməsi çaşqınlıq yaradır.
 
Humanitar sahədə Thomson Reuters indeksli jurnallarda impakt faktor axtarmaq düzgün deyil. Çünki, dəqiq elmlər sahəsində hər bir yazıda nə isə bir kəşf, təcrübi axtarışların nəticəsi olaraq bir yenilik olduğundan bu yazılara elm aləmində dərhal reaksiyalar verilir, istinadlar edilir. Humanitar sahədə isə vəziyyət tam fərqlidir. Burada elmi yeniliklər kəşf deyil, iddia və mülahizə xarakterlidir.
 
Humanitar elmlər, xüsusilə ədəbiyyatşünaslıq sahəsində çalışan alimin işi əsasən mənbələr üzərində olur. Mənbə üzərində işləmək, onun səciyyəvi cəhətlərini, humanitar elmlər sahəsində əhəmiyyətini açıqlamaq əsas prioritet sayılır. Bu cür bir işə istinad verilməsi üçün bəzən illər boyu gözləmək lazım gəlir.
 
Bu səbəbdən, humanitar jurnalların impakt faktoru dəqiq elmlər jurnalları ilə müqayisədə çox aşağı olur və buna görə də, bir çox jurnallar onu öz saytlarında açıqlamır, sadəcə olaraq Thomson Reuters, SCOPUS və s. tərəfindən indeksləşmələrini qeyd edirlər. Əgər humanitar sahədə jurnalın adı Thomson Reutersin Master Jurnallar siyahısında varsa, bu jurnaldakı məqalə indeksləşmiş jurnal məqaləsi kimi yüksək qiymətə malikdir.
 
Avropa və Amerikanın akademik dairələrində, adətən, humanitar sahədə bu cür indeksli jurnalda nəşr olunmaq alim üçün böyük uğur sayılır. Belə jurnallara yol açmaq çətin olduğundan, humanitar sahə üzrə alimlərdən sadəcə hakəmli (peer revyued) jurnallarda nəşr tələb olunur.
 
Məsələn Almaniyanın FRİAS qrant proqramı dəqiq və humanitar elmlər üzrə çalışan alimlər üçün fərqli tələblər irəli sürür. Qrant proqramına ərizə verən dəqiq elm sahəsində çalışan alimdən on Thomson Reuters indeksli məqalə tələb olunur. Fikir verin, hətta dəqiq elmə belə impakt faktor (A. B. və s) tələbi irəli sürülmür. Humanitar sahədə çalışan alimdən isə, sadəcə on hakəmli məqalə tələb olunur. Əgər jurnal iki anonim rəydən müsbət qiymət alan məqalələri nəşr edirsə, o artıq hakəmli elmi nəşr kimi nüfuzlu sayılır. Thomson Reutersdə indeksləşmək isə bu jurnala xüsusi prestij gətirir. Bunun müqabilində, Azərbaycan kimi bir ölkədə yaradıcılıq imkanları qat-qat məhdud olan alimlərdən humanitar sahədə impakt faktorlu (məs.A kateqoriyalı) məqalə  tələb ilə çıxış etmək gülünc təsir bağışlayır.
 
Bu da bir faktdır ki, humanitar və sosial elmlər sahəsində impakt faktoru aşağı jurnalda nəşr olunmaq dəqiq elmlər sahəsində yüksək faktorlu jurnalda nəşr olunmaqdan qat-qat çətindir. Humanitar sahədə impakt faktor göstəricisinin azlıığı həmin jurnalın reytinqinin aşağı olmasına dəlalət etmir. Məsələn, şərqşünaslıq sahəsində ən nüfuzlu jurnalın impakt faktoru 0,5-dir. Buna görə də, həm universitetlərdə, həm də Akademiya sistemində humanitar məqalələr dəyərləndirilərkən, dəqiq elmlərdən fərqli bir yanaşma olmalıdır.
 
Bu zaman ilk növbədə hər hansı bir məqalənin Azərbaycan mədəniyyətinin təbliğindəki yeri nəzərə alınsa, yaxşı olar. Çünki, uzun illər boyu Qərbin şərqşünaslıq mərkəzlərində möhkəmlənmiş fars və erməni millətçilərinin yaratdığı maneələri aşıb klassik irsimiz barədə yazı nəşr etdirmək olduqca çətindir.
 
Məsələn, anonim rəyçilər bəzən Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələrdə Azərbaycan ədəbiyyatı əvəzinə Osmanlı, ya da türkmən ədəbiyyatı yazılmasını tələb edirlər. Bu maneələri aşmaq hər hansı bir laboratoriyada iki maddəni birləşdirib partlatmaqdan qat-qat çətindir. Humanitar jurnallarda nəşr olunan yazıların (bəzən 25-60 səh. olmaqla) həcmi,  bir çox jurnallarda transliterasiya sisteminin tətbiqi, mükəmməl ingilis dili tələbləri bu işi daha da çətinləşdirir. Bütün bunlar, təbii ki, nəzərə alınmalıdır. Mənim fikrimcə, həm Akademiyada həm də universitetlərdə humanitar elmələrlə bağlı xüsusi qaydalar paketi  hazırlanarsa, ümumi işin xeyrinə olar.  
 
Dünyanınn nüfuzlu nəşrlərinə yol aça bilən gənc kadrların hazırlığı xüsusi diqqət tələb edir. Mənim Azərbaycanın elmi mühiti barədə qənaətim belədir ki, hal-hazırda alimlər akademik yazı qaydalarını öz yetişdirmələrinə düzgün başa salmırlar. Bu qaydalar hələ orta məktəb illərindən şagirdlərə öyrədilməli, institut illərində isə daha da möhkəmlənməlidir. Adətən, bir tələbəyə mövzu verərkən ilk eşidtiyimiz sual bu olur: “Müəllimə, mən bunu hardan yazacam?” Bu sual artıq mənbələrlə işləmək bacarığını, analitik təhlili heçə endirir.
 
Təəssüf ki, müzakirəyə çıxarılan bir çox dissertasiyalar da bu sualın cazibəsindən çıxa bilmir. Və bir daha təəssüflər olsun ki, elmi dərəcə iddiaçılarından Thomson Reuters məqaləsi tələb edən Ali Attestasiya Komissiyasının bəyənib adlar, dərəcələr verdiyi alimlərin bəzi kitab və dərs vəsaitləri plagiat yığını təsiri bağışlayır. Bu qurumun plagiat faktlarına olan tolerantlığı AAK-nın özünün məsuliyyətini artırmaq üçün Akademiya sistemində və universitetlərdə başqa bir quruma da plagiat faktlarını açmaq imkanı verilməsini gündəmə gətirir. Mənim fikrimcə bu iş, alternativ bir quruma həvalə edilsə, nəticə müsbət olar.
 
Təsəvvür edin ki, AAK-nın saxta diplom verdiyi plagiatçı alim növbəti ad və dərəcə, məs. elmlər doktorluğu üçün sənədlərini təqdim edərkən həmin qurum tərəfindən yoxlanılır.
 
Bu qurum alimin əsərlərindəki plagiat faktlarını açıb həmin faktları AAK-na göndərir. Beləliklə də, saxta alimlərin nəinki daha da irəliləmək şansı itir, hətta qazandıqlarını belə itirmək təhlükəsi yaranır.
 
Sonda qeyd etmək istərdim ki, Qərbin elmi dairələrində tanınmaq, jurnallarda nəşr olunmaq öz-özlüyündə müsbət haldır. Azərbaycan aliminin bunun üçün kifayət qədər potensialı var. Amma bundan da vacib olanı Azərbaycanın özündə sağlam elmi mühit yaratmaq, hakəmli jurnallar təsis etmək, elmi nəşrlərin səviyyəsinə diqqət yetirmək, və ən əsası isə yüksək ad, dərəcə və mənsəblərindən istifadə edib savadsızlığa rəvac verən  “alimlərin”  əl-qolunu bağlamaqdır.

 

Bakıda taksilərin qiyməti ARTDI - VİDEO

Xəbər xətti

İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Hamısı