Minnesotada azərbaycanlılara dayaq olan yəhudi əsilli Ninel xanım

Cəmiyyət 21:03 08.05.2019

Vətən sevgisi kəlmələrində deyil, əməllərində öz əksini tapanda insan daha əzəmətli görünür, sözü ötkəm olur, hamının ehtiramını qazanır. Otuz ildir ki, Amerikada yaşayır, amma bir anlıq da olsa Azərbaycanı unutmayıb. Qanına, ruhuna hopan vətən sevdası ona bu qərib məmləkətdə güc verib, irəli aparıb. Çətinliklərə sinə gərib, nəhayət yad insanların arasında, yad ölkədə özünə balaca bir Azərbaycan yaratmağı bacarıb. Və axtara-axtara bu ölkəyə pənah gətirən azərbaycanlıları bir araya toplaya bilib. Onların qayğısına qalıb, problemlərinin həllində vasitəçi olub, əl tutub, yardım edib. Bir sözlə, soydaşlarımızdan mərhəmətini əsirgəməyib, çoxlarına ana nəvazişi göstərib…

Deyir ki,- "İlk dəfə on altı il bundan əvvəl Novruz bayramında 40-a yaxın ailəni bir araya gətirə bildim. Gözəl bayram şənliyi keçirdik. Sonra illərlə ad günlərində, müxtəlif bayramlarda birgə olduq. Pikniklər təşkil edib ümumi süfrə açdıq, bir-birimizin sıxıntılarını öyrəndik, birlikdə həllinə çalışdıq. Azərbaycanla bağlı xatirələrimizi bölüşdük. Beləcə, bu gün də bir ailə kimi mehriban yaşayır, tədbirlərimizi davam etdiririk"…

Haqqında söhbət açdığım Ninel Zamanskaya milliyətcə yəhudidir. 1937-ci il aprelin 3-də Bakı şəhərində dünyaya gəlib. 1954-cü ildə o vaxt qızlar məktəbi adlandırılan 18 nömrəli orta məktəbi bitirib. 1954-1958-ci illərdə indiki Azərbaycan Dillər Universitetində ali təhsil alıb, ingilis dili müəllimi ixtisasına yiyələnib. 1958-1963-cü illərdə Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963-1972-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, 1972-1988-ci illərdə Dəmiryolu Peşə Məktəbində öz ixtisası üzrə müəllim, sonda tədris hissə müdiri vəzifəsində çalışıb. 1989-cu il 27 dekabr tarixindən Amerika Birləşmiş Ştatlarında məskunlaşıb. Əslində o, buraya Çikaqoda yaşayan xalaoğlusugilə qısa müddətə qonaq gəlib. 1990-cı ildə 20 yanvar hadisələri zamanı rus əsgərinin atdığı güllədən bacısı qızının həlak olması, onun Amerikada qalmasına səbəb olub. Bir müddət tək yaşadıqdan sonra ailəsini də ABŞ-a gətirə bilib. O vaxtdan da Minnesota ştatının Minneapolis şəhərində yaşayırlar…

…Ömür-gün yoldaşı İlya Paller giologiya elmləri namizədidir. SSRİ-nin Neft-Qaz üzrə elmi tədqiqat insitutunun Bakı filialında çalışıb. 1970-ci ildə Moskvada keçirilən ümumdünya tədbirində iştirak edərkən İlya Pallerin layihəsi ən yaxşı layihə kimi qalib gəlib. 1974-1977-ci illərdə Bolqariyanın Vratsa şəhərində onun müəllifi olduğu bu layihə istehsalata tətbiq edilib. İki qızı vardır. Böyük qızı Natella xanım Bülbül adına məktəbi bitirib, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsli alıb. Hazırda tərcüməçi işləyir. İkinci qızı Lina xanım da həmin universitetin məzunudur. Evində rus dili fənnini tədris edir. Həm də tərcüməçi işləyir. Yeri gəlmişkən, Azərbaycana sevgisini qızlarına da ötürə bilib. Lina xanımın avtomobilinin nömrə yerində belə yazılıb: "Bakinka made in Azerbaijan"...

Ninel xanım Minneapolisə gələndən sonra 1990-1993-cü illərdə özəl şirkətlərdən birində çalışıb. 1993-2001-ci illərdə yəhudi icmasının mərkəzi sığorta şirkətinin müştəri xidmətində işləyib. 2001-ci ildə "N & N İnterpreters Co" tərcüməçilik agentliyini yaradaraq o vaxtdan həmin agentliyə rəhbərlik edir. Hazırda agentliyin iyirmidən çox tərcüməçi işçisi vardır. Onlar müxtəlif millətlərin nümayəndələri tibbi müəsissələrə müraciət edərkən həkimlə müştəri arasında tərcüməçiliklə məşğul olurlar. 
Ninel xanım ingilis, rus, azərbaycan, bolqar, dağ yəhudilərinin dillərində sərbəst danışır. Alman, ukrayna, türk dillərini isə, danışarkən çətinlik çəksə də, yaxşı anlayır…

Deyir ki,- "Evimdə hələ də "Azərbaycan mətbəxi" adlı kitabı əzizləyib saxlayıram. Tez-tez Azərbaycan milli xörəklərini bişirirəm. Hətta geyim tərzim də Bakıda olduğu kimidir. Necə orada zövqlə geyinməyi, başıma şal salmağı və boğazıma şərf bağlamağl sevirdimsə burada da onlardan istifadə edirəm. Hətta bayramlarda, müxtəlif yığıncaqlarda Azərbaycandan gətirdiyim zinyət əşyalarımdan xüsusi həvəslə aksesuar kimi istifadə edirəm"...

Azərbaycan dilində səlis danışan bu xanımla söhbətimiz zamanı o, Bakını, köhnə qonşuları, dost-tanışı, orada ötən illəri yada salıb, xatirələrini dilə gətirdi. Bakının beynəlmiləl şəhər olduğunu vurğuladı. Keçmiş "Torqoviy" küçəsinin tinində, "Karqanov"da olan qastronomda satılan dörd növ qara kürüdən danışaraq, həsrət dolu köks ötürdü. Bu həsrət içindəki Azərbaycan sevdasından qaynaqlanırdı... 
Bəli, hər zaman söylədiyim kimi, bu dəfəki söhbətimin sonunda da qeyd edirəm ki, Azərbaycandan pərvazlanıb dünyanın müxtəlif ölkələrində məskunlaşan yəhudilər bizim vəfalı qardaş və bacılarımızdırlar…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı