General Həzi Aslanov İki dəfə Sovet İttifaqı qəhrəmanı adını alan hərbçimiz

Cəmiyyət 15:30 09.05.2019
Bu gün alman faşizmi üzərində qələbənin 74 illiyidir. Alman faşizmi üzərində qələbədən danışarkən müharibədə iştirak edən yüz minlərlə azərbaycanlıdan danışmaq mümkün deyil. Eyni zamanda müharibənin seyrinin dəyişməsində Bakı neftinin rolu danılmazdır.

Faşizm üzərində qələbədə xidməti olan azərbaycanlılardan biri də Həzi Aslanovdur. Eurasia Diary xəbər verir ki, Həzi Aslanov 55-ci əlahiddə tank polku əfsanəvi feldmarşal Erix fon Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.

İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub.

1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci Dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecədən başlayaraq alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə o öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edərək, düşməni ağır tələfata uğradıb. 

1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. 

Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol getmiş, Stalinqrad-Salsk dəmir yolunu tutmuş, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etmişlər. 

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya bitirib, sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdıb. 

1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilib. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunlarının hücumu fonunda Aslanovun tankları Vilnüsə hərəkət edirlər və düşməni ağır itkiyə məruz qoyurlar. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyiblər. 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Erix fon Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi igidlik göstərib.
Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib.1945–ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepaya rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
XİN müavini Elnur Məmmədovun Haaqada Beynəlxalq Ədalət Məhkəməsində çıxışı - TAM VERSİYA/ VİDEO
17:56 15.04.2024
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
17:56 15.04.2024
Məktəblərdə 5 günlük TƏTİL OLACAQ – Bu tarixlərdə
17:46 15.04.2024
Naxçıvan Ali Məclisində yeni təyinatlar
17:39 15.04.2024
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
17:20 15.04.2024
Hamısı