Bu gün alman faşizmi üzərində qələbənin 74-cü ili tamam olur.
Eurasia Diary “Ölkə.Az”-a istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsində yüz minlərlə azərbaycanlı iştirak edib. Partizan hərəkatına qoşulanalrın da sayı-hesabı yoxdur. İtaliyada Mixaylo ilə yanaşı bir çox azərbaycanlı faşimzə qarşı savaşıb. İtalyanlar isə bunu unutmurlar.
İtaliyanın şimalında yerləşən Marko di Neze adlı ərazidə İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsinə qoyulan xüsusi lövhə var.
Lövhədən məlum olur ki, Azərbaycandan olan 120 cəsur partizan 1941-45-ci illərdə İtaliya ərazisində faşistlərə qarşı mübarizədə həlak olublar.