Liderləri Tanrı seçir...

Cəmiyyət 15:27 10.05.2019

Bəlkə də liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir. Onların hakimiyyətə gəlməsi üçün şərait yaradır, yol açır. Necə deyərlər, Allahın izni olmasa bir kəs belə yerindən tərpənə bilməz...

1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərindəki 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatşılar qəsəbəsindəki barak evin bir otaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq...

Bir gün kirayə sözünün mənasını atamdan soruşub anlayanda, məyus oldum. Allahdan gəlibmiş kimi, ondan xahiş etdim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir uşaq şıltaqlığı sanıb, gülümsədi və:

- Ay oğul, sən hələ uşaqsan, sən nə bilirsən məktub nədir? Yaşayaq görək nə olur- deyə icazə vermədi. 

Amma mən bir neçə gün sonra, anamdan on bir ildir kirayədə qaldığımızı, atamın iş yerinin dəqiq adını öyrənib, gizlində məktubu yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bildiyi kimi...

Xülasə, ev istədim. Zərfin üstünə "Azərbaycan SSR Mərkəzi Komitənin birinci katibi yoldaş Heydər Əliyevə" sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və mən Trest deyilən yerdə onun köməyi ilə zərfi poçt qutusuna atdım...

Bu hadisədən 20-25 gün keçmişdi ki, atam növbəti dəfə günorta fasiləsində evə qayıdıb, məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn rəsmi göstərişə əsasən bizə iki otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə özümü ilk dəfə dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan 43 il keçir. İndi həmin mənzildə mən öz ailəmlə birgə yaşayıram...

Bütün bunları söyləməkdə məqsədim özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil, mən çox yaxşı bilirəm ki, Heydər Əliyevin dövründə milyonlarla adam ev-eşik sahibi olub. Amma, o vaxtdan məndə Heydər Əliyevə inam, saf bir etibar yarandı və mən onu həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim...

Onu ilk dəfə canlı 1984-cü ildə, Sumqayıt Politexnik texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyyat etdiyim üçün istəyim baş tutmadı. Yəqin qismət deyilmiş...

1988-ci ilin fevral ayında Sumqayıt təlatümlər şəhərinə bənzəyirdi. O vaxt mən Ç.İldırım adına AzPİ-nin axşam şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı, Sumqayıt Superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində çalışırdım və zavod komsomol komitəsinin büro üzvüydüm. Bir gənc kimi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi. Həmin vaxtlar hamı kimi mən də soydaşlarımızın başına gətirilən müsibətlərə etiraz mitinqlərində iştirak edir, ermənilərin şəhərdən çıxmasını tələb edənlərin arasında olurdum...

Fevralın 28-də növbəti mitinqi dağıtmaq əmri almış əsgərlər, mitinq iştirakşılarını döyə-döyə maşınlara mindirib, müvəqqəti təcridxanalara daşıyır, oradan da türmələrə aparırdılar. O vaxt məni on səkkiz gün Bayıl türməsində saxlayandan sonra, cinayət tərkibli əməlim olmadığı üçün, həbsdən azad etdilər və mitinqlərdə iştirakıma görə inzibati qaydada cəzalandırdılar...

Mitinqlərdə iştirak edəndə, Bayıl türməsində olanda da xalq bütün bu hadisələrin səbəbini mənfur Qarbaçovun Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində və ermənilərin bu fürsətdən istifadə edərək fəallaşmasında görürdü. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev Sov.İKP Siyasi Büronun üzvü olarkən azərbaycanlıların yeganə güvənc yeri olmuş, erməni təcavüzünün dəfələrlə qarşısını almışdı...

İllər keçdi. 1990-cı il yanvar günlərində biz, eyni binada yaşayan gənclər, hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar qayıdan kimi həyətimizdə təzə inşaa olunmuş xeyir-şər evində yaşlıları, cavanları başımıza yığıb, ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, qonşu uşaqlardan kimsə hardansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən Moskvadakı çıxışının video lentini əldə etmişdi. Və biz lazımi avadınlıqları tapıb, həmin video lenti dəfələrlə nümaiş etdirir, insanlara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü...

Bu belə də oldu, dahi rəhbər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, Heydər Əliyevin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu...

...Bəli, Heydər Əliyev Allahın seçdiyi LİDER idi. Və Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır...

Elman Eldaroğlu 
ABŞ, Miçiqan

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
02:25 17.04.2024
Millimizin heyəti AÇIQLANDI - SİYAHI
01:00 17.04.2024
BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Hamısı