İlahiyyat İnstitutunun heyəti BDU-nun Qazax filialında olub

Cəmiyyət 09:04 11.05.2019
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Qazax rayonuna səfər zamanı Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında müəllim və tələbə heyəti ilə görüşüb.
BDU-nun Qazax filialında tələbələrlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin  səviyyəsi ilə ölçülür. Bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər gələcəyimizi daha etibarlı və daha inamlı görmək əzmində olduğumuzun bariz nümunəsidir. Ən əsası,  Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdır ki,  bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilib.
BDU Qazax filialının rəhbəri Arif Rüstəmov Aİİ heyətini ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib. 
A.Rüstəmov Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edərək, bu sahənin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkəmizdə ekstremizmə, fanatizmə, radikalizmə və digər dini cərəyanlara qarşı məqsədyönlü işlərin görüldüyünü qeyd edib. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 9 fevral 2018-ci il tarixli Sərəncamla Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirib.
Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək müəllim və tələbələri salamlayıb, ölkəmizin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, görüşün əsas məqsədi İnstitut haqqında məlumat vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün ali təhsil ocağına  yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar çatdırmaqdır. Rektor Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Hazırda tələbələrə tədrislə yanaşı, təlim və tərbiyənin verilməsinin böyük önəm daşıdığını qeyd edən rektor bu sahədə İnstitut kollektivi tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Rektor çıxışının sonunda İnstitutla filial arasında dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini belə görüşlərin İlahiyyat İnstitutunda da təşkil olunacağını bildirib.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Ən gənc ali təhsil ocağı olmasına baxmayaraq, İnstitutda 100-dən çox tələbənin təhsil aldığını nəzərə çatdırıb. Bir yaşını qeyd edən ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri üçün mövcud şəraitin yaradıldığını bildirib. 
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin, mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Həbsdə olan jurnalist Cəmil Məmmədliyə hökm oxundu
15:40 17.04.2024
Hamısı