Məktəbin 2-ci mərtəbəsindən tullanan şagirdin son durumu | Eurasia Diary - ednews.net

19 May,


Məktəbin 2-ci mərtəbəsindən tullanan şagirdin son durumu

Cəmiyyət A- A A+

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: "Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və stabildir".

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...