Məktəblərlə bağlı qanuna dəyişikliklər edilir | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Məktəblərlə bağlı qanuna dəyişikliklər edilir

Cəmiyyət A- A A+

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

Eurasia Diary bildirir ki, bununla bağlı "Təhsil haqqında"" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...