Türkiyə və Azərbaycan münasibətlərində - 101 il öncə imzalanmış Batum müqaviləsinin rolu | Eurasia Diary - ednews.net

24 İyun, Bazar ertəsi


Türkiyə və Azərbaycan münasibətlərində - 101 il öncə imzalanmış Batum müqaviləsinin rolu

Bu gün Azərbaycan Gənclik Platforması və "Elmi Araşdırmalar" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə imzalanan Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti. Batum müqaviləsi" adlı elmi seminar təşkil edilib.

Cəmiyyət A- A A+

Tədbirin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması zamanı bağlanan ilk beynəlxalq müqavilənin və Osmanlı İmperatorluğu tərəfindən göstərilən yardımın əhəmiyyətini gənc nəsilə aşılamaqdır.

"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov tədbiri giriş nitqi ilə açıq elan edərək, Azərbaycan və Türkiyə münasibətlərində Batum müqaviləsinin əhəmiyyətini vurğuladı.  

Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev tədbirin gənclər üçün vacibliyini qeyd etdi.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Tuğba Uzel Batum müqaviləsi və Türkiyə-Azərbaycan qardaşlığı barədə çıxış etdi. Ermənilərin işğalçı siyasətinə və "erməni soyqrımı" iddialarına qarşı gənclərin fəal şəkildə münasibət bildirməsinin vacibliyini bildirdi.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim və tələbələrinin çıxışları dinlənilib, mövzu ətrafında maraqlı müzakirələr aparılıb. Tədbirin sonunda məruzəçilər sertifikatla təltif ediliblər.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...