Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı - Yeni qərar | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı - Yeni qərar

Cəmiyyət A- A A+

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.

Bundan sonra, təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...