Ona təcavüz etmək istəyən kişinin başını kəsdi - Ömürlük həbsə məhkum edildi | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Ona təcavüz etmək istəyən kişinin başını kəsdi - Ömürlük həbsə məhkum edildi

Cəmiyyət A- A A+

2015-ci ildə Türkiyədə ona təcavüz etmək istəyən kişinin başını kəsib, kənd meydanında gəzdirən Nevin Yıldırımın 4 il davam edən istintaq işi tamamlanıb. 

 

Eurasia Diary Türk KİV-nə istinadən xəbər verir ki, qadının məhkəməsi bu gün səhər saatlarında keçirilib.

 

Nevin Yıldırım "xüsusi amansızlıqla qətl törətmək"də ittiham olunaraq məhkəmənin qərarı ilə ömür boyu azadlıqdan məhrum edilib. 

Son Dakika haberi: Tecavüzcüsünün kafasını kesip köy meydanına atmıştı! Nevin Yıldırım hakkında flaş gelişme

 

Qeyd edək ki, Nevin Yıldırımın cinayət işi uzun vaxt türk mətbuatında gündəmi zəbt edən əsas mövzulardan birinə çevrilmişdi.

 

Bu gün N. Yıldırımın ömür boyu azadlıqdan məhrum edilməsi indidən qadın haqlarını müdafiə edən müxtəlif təşkilatların tənqid və qınağına səbəb olub. 

 

N. Yıldırımın hadisəsi bir daha ağıllara bu sualı gətirib: "Qadınlara və azyaşlılara qarşı zorakılıq, işgəncə və təcavüz aktlarını törədənlərə hansı cəza verilməlidir.

 

Türk ictimaiyyətində artıq uzun müddətdir ki, qadın və uşaqlara qarşı cinsi istismar və zorlama cinayətlərini törədənlərə edam cəzasının verilməsi müzakirə edilir. Belə ki, Türkiyədə edam cəzası eynən Azərbaycanda olduğu kimi ləğv edilib. Lakin sözügedən məsələylə bağlı cinayət əməllərinin intensivləşməsindən sonra bəzi türk ictimai xadimləri edam cəzasının yenidən qüvvəyə minməsi tələbi ilə çıxış edirlər.

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə görə zorlama aktına görə ittiham edilən şəxslər 4 ildən, 8 ilə qədər azadlıqdan məhrum edilirlər.

 

Yeri gəlmişkən deyək ki, Azərbaycanda sosial dəyərlər və mentalitet nəzərə alındıqda bu müddət olduqca aşağıdır və zorlamaya görə məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı daha ciddi və sərt tədbirlər görülməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...