Himnimizi birgə oxuyaq - 28 mayda Bulvarda | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Himnimizi birgə oxuyaq - 28 mayda Bulvarda

Cəmiyyət A- A A+

Dənizkənarı Bulvar İdarəsi Azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək üçün layihə icra edəcək.

Bunu idarənin mətbuat katibi Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, bu münasibətlə Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika günü münasibətiə “Himnimizi birgə oxuyaq”! adlı fləşmob təşkil edəcək.

Layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni Bulvar ərazisində canlı ifa olunacaq.

layihəyə təşkilati dəstəyi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...