Qəzaya düşən tələbələrlə bağlı İcra Hakimiyyətindən - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Qəzaya düşən tələbələrlə bağlı İcra Hakimiyyətindən - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Qəzaya düşənlərin əsasən, Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Yevlax İcra Hakimiyyətindən AzEdu-ya verilən açıqlamada bildirilir ki, qəza avtobusda olan tələbələr Mingəçevirdəki təhsil müəssisələrinə dərs üçün getdiyi zaman baş verib.

“Bu mikroavtobus gündəlik olaraq insanlara xidmət edən nəqliyyat vasitəsidir.Sadəcə, içərisində tələbələr olduğu üçün məsələ bu qədər  ictimailəşib.Tələbələrlə yanaşı sıravi insanlar da, olub.

Ağdaş, Yevlax və digər rayonlardan insanlar da, avtobusda olublar.Qəza sadəcə bizim rayonumuzun ərazisində baş verib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...