Azərbaycanda 5 uşaq anası özünü asdı | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Azərbaycanda 5 uşaq anası özünü asdı

Cəmiyyət A- A A+

Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.

Eurasia Diary-nin Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.

Məlumata görə, qadın 5 uşaq anasıdır. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...