Hansı hallarda sinif 2 yarımqrupa bölünə bilər? - Rəsmi | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Hansı hallarda sinif 2 yarımqrupa bölünə bilər? - Rəsmi

Cəmiyyət A- A A+

Orta təhsil müəssisələrində tədris olunan bəzi fənlər zamanı sinif şagirdləri 2 yarımqrupa bölünür. Proqram eyni olsa da, bir fənni iki müəllim tədris edir. Adətən bu, V-IX siniflərdə, Xarici dil, Fiziki tərbiyyə, Texnologiya fənlərinə şamil edilir.

Bəs, hansı hallarda sinif şagirdləri dərsi 2 fərqli yarımqrupda keçməlidirlər?

Eurasia Diary AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar Tədris Planına dair qeydlərdə əks olunub. Sənədə əsasən, sinifdə şagirdlərin sayı 20 və daha çox olduqda Xarici dil, Fiziki tərbiyyə, Texnologiya fənlərində 2 yarımqrupa ayrılırlar.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən isə şagird sayı 30-dan çox olduqda və ya sinif ölçüləri bu qədər məktəblinin bir sinifdə təhsil almasına imkan vermədikdə paralel sinif təşkil edilə bilər.

Paraleli olmayan sinifdə şagird sayı 20 nəfərə çatmadıqda da mövcud sayla sinif təşkil olunmasına icazə verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...