25 may tarixində "Mən Danışıram" Loqopedik və Psixoloji Nitq Korreksiya Akademiyasının təşkilatçılığı ilə “Münaqişəsiz ünsiyyət” adlı seminar keçirilib.
Eurasia Diary xəbər verir ki, seminarda münaqişələrin növləri və onların həlli yolları müzakirə edilib. Tədbirdə 25-30 yaş arasında olan insanlar iştirak edib.
Seminarda iştirakçıların münaqişə zamanı hansı üsuldan istifadə etdikləri, münaqişələrin konstruktiv həll yolları, həmçinin münaqişəyə girməmək üçün onun profilaktikası barədə müzakirələr aparılıb.
Sonda təlimçi psixoloq Yeganə Özçelebi seminar iştirakçıları arasında test keçirib. Testdə seminar iştirakçıları münaqişə zamanı hansı üsuldan istifadə etdikləri, onlara konstruktiv həll yolundan istifadə etməyə nə mane olduğunu cavablandırıblar.