Azərbaycanlı gənc alim Beynəlxalq Təhsil Akademiyasının akademiki seçildi

Cəmiyyət 09:06 27.05.2019
Dünyanın hər bir yerində ictimai inkişafın formalaşmasında, cəmiyyətin üzvlərinin təfəkkür və dünyagörüşünün təkmilləşdirilməsində təhsil və elm xüsusi əhəmiyətə malikdir. Bu baxımdan gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi və yüksək ixtisaslı kadr olaraq yetişdirilməsi mühüm zəruri məsələlərdən biridir. Çox sevindirici haldır ki, hər bir sahədə olduğu kimi təhsil və elm sahəsində də Azərbaycanı xaricdə uğurla təmsil edən gənclərimiz var.
Onlardan biri də Elvin Talışınskidir. Gənc olmasına baxmayaraq bu sahədə Azərbaycana yetərincə uğurlar qazandıra bilmişdir. Hazırda da nailiyyətləri, elmi məqalə və məruzələri ilə dünyanın bir çox ölkələrində ölkəmizi layiqincə təmsil edir.
E.Talışınski elmi fəaliyyətə başladığı dövrdən bu günədək dəfələrlə xarici dövlətlərin müxtəlif şəhərlərində Azərbaycan Respublikasını öz elmi məruzələri ilə təmsil etmiş, dövlətimizin təbliğatını aparmışdır. Gənc tədqiqatçı-alim 2007-ci ildən 2013-cü illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi və Fəlsəfə İnstitutunun Gənc Alimlər Şurasının sədr müavini vəzifələrində işləmişdir. O, Akademiyada çalışdığı dövrdə dövlətimizi xarici ölkələrdə təmsil etmək üçün ezam olunmuş və keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda çıxış edib müxtəlif fəxri fərmanlara, diplomlara layiq görülmüşdür.
Həmçinin E.Talışınski xaricdə təşkil olunan bir neçə beynəlxalq elmi müsabiqələrin qalibi və laureatı, 60-dan çox elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. Qeyd edək ki, E.Talışınski Azərbaycanda bütün dünyada ən aktual mövzulardan biri olan informasiya müharibəsininin ilk araşdırmaçısıdır. Tədqiqatçıya qədər heç kəs Azərbaycanda informasiya müharibəsini elmi predmet olaraq araşdırmamışdır. 2006-cı ildən bu sahədə araşdırma aparan tədqiqatçı bir sıra nüfuzlu elmi nəşrlərdə çap olunmuşdur.
Onun Moskva Dövlət Universitetində təşkil olunan “Lomonosov 2012” adlı gənc alimlərin beynəlxalq elmi konfransında çıxış etdiyi “İnformasiya müharibəsinin mahiyyəti və məzmunu” mövzusunda elmi tədqiqatı böyük marağa səbəb olur. Bunun nəticəsi olaraq, Almaniyanın “Akademik” nəşriyyatı ona bu tədqiqat işini Saarbrüken şəhərində çap etdirməyi təklif edir və 2012-ci ildə eyni adlı monoqrafiyası nəşr edilir. Ümumiyyətlə gənc tədqiqatçının 28-ə yaxın elmi əsəri xaricdə rus və ingilis dillərində çap olunmuşdur.
İxtisasca hüquqşünas olan E.Talışınski Azərbaycan Respunlikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın informasiya mübarizəsində yeri və rolu (Şərq-Qərb kontekstində)” mövzusunda dissertasiya işini uğurlu müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
O, 2012-ci ildən V.Dal adına Şərqi Ukrayna Milli Universitetinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq elmi konfransların Azərbaycan üzrə koordinatoru və nəşr olunan məqalələr toplusunun redaksiya heyətinin üzvüdür. 2015-ci ildən etibarən isə Kanadada nəşr olunan “Virtus – scientific journal” - beynəlxalq elmi jurnalın xarici əlaqələr üzrə redaktor müavini təyin olunmuşdur. Bununla yanaşı E.Talışınskini bir çox beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətinin üzvü kimi görmək mümkündür. Bundan əlavə olaraq, E.Talışınski siyasi elmlər sahəsində nəşr etdiyi elmi əsərlərinə görə 2015-ci ildə “National Quality Awards” Fondu və “European scientific and industrial consortium”un təsis etdiyi “Oliver Cromwell” adına qızıl medala layiq görülmüşdür.
Elvin Talışınskinin gənc olmasına baxmayaraq elmi sahədə əldə etdiyi uğurlarını pedaqoji sahədə də davam etdirmişdir. Aspirant olduğu dövrdə müxtəlif vaxtlarda Rusiyada Cənubi Ural Dövlət Universitetində və İranda Azad İslam Universitetində rus və ingilis dillərində böyük auditoriyalarda mühazirələr demişdir.
2011-ci ildən Bakı İslam Universitetində müəllim kimi işə başlayan E.Talışınski, 2014-cü ildən İctimai fənlər kafedrasının müdiri təyin olunur. Burada çalışdığı müddət ərzində ictimai fəallığı ilə diqqəti cəlb etmişdir. Onun təşkilatçılığı ilə universitetdə bir çox elmi seminar, konfrans, müsabiqələr keçirilmiş, müxtəlif İctimai Birliklərin dövlət tərəfindən maliyyələşdirilən təlim və tədbirləri baş tutmuşdur. E.Talışınskinin rəhbərliyi və dəstəyi ilə Bakı İslam Universitetinin tələbələri respublika əhəmiyyətli bir sıra müsabiqələrdə iştirak etmiş, elmi konfranslarda məruzələrlə çıxışlar etmişlər. Məhz onun əməyi sayəsində universitetdə elmi-pedaqoji təminatın yaxşılaşdırılması, çoxsaylı fənn proqramlarının, metodik göstərişlərin, əyani vəsaitlərin hazırlanması, mühüm elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri də yüksək səviyyədə görülmüşdür.
E.Talışınskinin pedaqoji sahədə ən böyük uğuru 2015-ci ildə Beynəlxalq Təhsil Akademiyasına müxbir-üzvü seçilməsidir. Qeyd edək ki, E.Talışınski seçilən ilk və yeganə azərbaycanlıdır. Bunu da qeyd etmək yerinə düşərdi ki E.Talışınski Azərbaycan təhsil sistemində ən gənc kafedra müdirlərindən biridir. O 30 yaşından bu vəzifəni icra etməkdədir. 
Çox sevindirici haldır ki, bu il Beynəlxalq Təhsil Akademiyasının Elmi Şurası qərarı ilə həmin akademiyanın həqiqi üzvü (akademiki) seçilmişdir. Bununla yanaşı Rusiya təhsilinin inkişafına, beynəlxaq elmi əməkdaşlığa və ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə Böyük Britaniya Təhsil Akademiyası tərəfindən fərqlənmə ordeni ilə təltif olunmuşdur. 
Elvin Talışınski həmçinin bu günədək həyata keçirələn bir çox uğurlu ictimai layihələrin rəhbəri və ideya müəllifi olmuşdur. Eyni zamanda vətənpərvərlik, mənəvi dəyərlərin qorunması, dini maarifləndirmə sahəsində bir çox tədbirlərin və elmi konfransların tərtibçisidir. 
Qeyd edək ki üzümüzə gələn bir neçə gün sonra Elvin Talışınskinin 35 illik yubileyidir. Bu münasibətlə təşkilatımızın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının akademiki Elvin Talışınskini səmimi qəlbdən təbrik edir, gələcək elmi həyatında müvəffəqiyyətlər diləyirik. 
 
Qorxmaz Paşayev 
Ziya Yaqubzadə 
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI

Xəbər xətti

İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Hamısı