“İlahiyyatçı” qəzetinin may buraxılışı nəşr olunub

Cəmiyyət 10:16 07.06.2019
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin may buraxılışı çapdan çıxıb.
Mətbu orqanın 1, 2, 3-cü səhifələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin öz iqamətgahında açdığı iftar süfrəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitq  əksini tapıb. Həmçinin qəzetin ilk səhifəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasiminə qatılması yer alıb. 
“İlahiyyatçı”nın 3-cü səhifəsində Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dərc olunub. 
Heydər Əliyev Fondunun Ağdamda təşkil etdiyi növbəti iftar süfrəsi qəzetin 4-cü səhifəsində verilib.
Qəzetin may buraxılışında Aİİ rektoru Ceyhun Məmmədovun “Təhsil Azərbaycanın prioritet istiqamətlərindən biridir”; “Azərbaycanın 28 Mayla başlayan azadlığı və müstəqilliyi əbədi olacaq!” məqalələri; Azərbaycan İlahiyyat İnstitutu rektorunun Rusiya Federasiyasına səfəri; “525-ci qəzet”də İnstitutun fəaliyyətini işıqlandıran müsahibəsi əksini tapıb.
Qəzetin digər rubrikalarında ali təhsil müəssisəsində dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı təşkil olunan seminar, “dəyirmi masa”, tədbirlər, müsabiqə və görüşlərə həsr olunmuş bir sıra yazılar yer alıb: “Quran mətni islahatçılıq qaynağı kimi”; “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək”; “Mənəviyyat problemi və kamilliyə gedən yol”; “Etik davranış qaydaları”; “İslamda oruc ibadəti” mövzusunda seminarlar; “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktiki konfrans bu qəbildəndir. 
Eyni zamanda, mətbu orqanda İnstitutda  tələbələrin yüksəkintellektli, zəngin dünyagörüşlü olması, nitq qabiliyyətinin formalaşması istiqamətində “Həyat gözəldir” filmi nümayiş etdirilib”; “Kitab müzakirəsi keçirilib”; “Dağ yəhudiləri sinaqoqunu ziyarət”; “Aİİ-də “Hədis” yarışması təşkil olunub” başlıqlı yazılar dərc edilib.
Qəzetin müxtəlif səhifələrində İnstitut əməkdaşlarının “Bitməyən bir kitab ol”; “Ölüm var ki həyat qədər şərəfli” məqalələri verilib. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun xarici əlaqələrinə həsr olunmuş “ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş”; “İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq”; “İslam sivilizasiyası Qafqazda”; “Millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı Camalnur Sarqut ilə görüş” yazıları yer alıb.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri haqqında qəzetin “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə”; “Yüksəkintellektli və savadlı gənclərin sorağı ilə...”; “Şirvanda abituriyentlərlə görüş”; “Azərbaycan İlahiyyat İnstitutu maarifləndirici tədbirlərini davam etdirir” başlıqlı məqalələrində ətraflı məlumat verilib.
Eyni zamanda, qəzetin may sayında, həmçinin Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevlə əməkdaşımızın müsahibəsi dərc olunub.
Mətbu orqanın digər səhifələrində “Dost süfrəsi” aksiyasında”; “Aİİ-nin baş müəllimi beynəlxalq simpoziumda iştirak edib”; “Aprel ayının yekunlarına dair iclas”; “Əliabad İslam Kollecinin tələbələri Aİİ-ni ziyarət edib”, həmçinin “Qan yaddaşımız” yazıları oxuculara təqdim olunub.
Məlumat üçün bildirək ki, qəzetin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı