"Azərbaycanın İsraildə yaşayan dostu" Lev Spivak

Cəmiyyət 21:16 07.06.2019

Deyir ki,- “Bakıda doğulub böyümüşəm. Həyatımın ən əlamətdar günləri bu şəhərlə bağlıdır. Bu şəhərdə aşiq olmuşam, burada ailə qurmuşam. Onun hər qarışı mənə doğmadır, əzizdir. Elə olur ki, ildə üç dəfə Azərbaycana gedir, qoynunda gəzməkdən yorulmuram. Hər dəfə geri dönəndə, yenə də gözüm arxada qalır”...

Ciddi görkəmi, baxışları, geniş alnı, üz cizgiləri, səsinin ahəngi müdrikliyindən xəbər verir. Onu diqqətlə dinləyir, məqsəd və məramına bələd olmağa çalışırdım. Azərbaycan naminə gördüyü işləri sadaladıqca vəfalı, sədaqətli, ləyaqətli bir insanla həmsöhbət olduğumdan qürur duyurdum. Sizə zarafat gəlməsin, İsraildə həyta keçirdiyi tədbirlərin hər biri mahiyyətinə görə təqdirə, xüsusi tərifə layiqdir...

2008-ci ildən “İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir. Neçə illərdir ki, İsraildə Azərbaycanla bağlı müxtəlif bayram tədbirləri həyata keçirir. Hər il İsrailin bir şəhərində elmi-nəzəri konfrans, Qarabağla bağlı filmlərin, eləcə də kitabların təqdimatlarını təşkil edib. Xocalı soyqrımı ilə əlaqədar Yerusəlimlə Tələvivin arasında, “Prezident meşəsi” adlandırılan ərazidə 613 ağac əkdirərək oranı ziyarətgaha çevirib. Hər dəfə fevralın 26-da Azərbaycandan gələn qonaqların, o cümlədən İsrail rəsmilərinin iştirakı ilə orada anım günü keçirir. Eləcə də hər il may ayında İsrail və Azərbaycanın Respublika günlərini birləşdirərək hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertləri təşkil edir. Onun səyi nəticəsində İsrailin Afula şəhəri Mingəçevirlə, Tirat Karmel Şamaxıyla, Kiryat Byalik İsmayıllıyla, Yokneam Qəbəlylə qardaşlaşa biliblər. Bütün bunlardan əlavə hər il payız aylarında Azərbaycandan çıxan, bu gün İsraildə yaşayan incəsənət adamlarının Bakıda görüşünü və ya konsertini təşkil edir. Bu il böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibəti ilə poeziya müsabiqəsi keçirib. Həmin yarışmada Kostya Vararu adlı doqquz yaşlı şair Qarabağ haqqında şeiri ilə qalib elan olunub və “Bakıya səyahət”lə mükafatlandırılıb...

Haqqında söhbət açdığım Lev Spivak 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə 1 nömrəli orta məktəbi bitirib. 1980-1985-ci illərdə indiki Azərbaycan Texniki Universitetində mühəndis mexanik ixtisasına yiyələnib. 1985-1988-ci illərdə Leytenant Şmidt adına zavodda mühəndis, 1988-1990-cı illərdə Məişət maşınları zavodunda konustruktor işləyib. 1990-cı ildən İsrailin Rehovot şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Ella xanım İsrail mətbuatında çalışır. Qızı Jenya ali təhsillidir. Bir neçə ildir ki, ailə qurub…

O, İsrailə gəldikdən sonra beş il bizneslə məşğul olub. Daha sonra bir il Tələviv Universitetində kompyuter proqramlaşdırılması ixtisasına yiyələnib. 1996-2008-ci illərdə müxtəlif şirkətlərdə proqramçı işləyib. Eyni zamanda kollecdə, universitetdə dərs deyib. Hazırda “İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir...

Gələcək planları çoxdur. Hər iki xalqın mehriban münasibətini qoruyub saxlamaq, yəhudi xalqını Azərbaycanın problemləri ilə tanış etmək, İsrail əhalisində Azərbaycana rəğbət yaratmaq onun əsas istəyidir. Səyahət etməyi xoşlayır. İndiyədək ABŞ-da, Kanadada, Avropanın bir sıra ölkələrində olub…

Deyir ki,- “Azərbaycan inkişafa doğru irəliləyir. Bu məni çox sevindirir. Arzulayıram ki, Qarabağ probleminin həlli qansız-qadasız başa gəlsin. Ümumiyyətlə, Azərbaycan mənə dogma, azərbaycanlılar isə əziz insanlardır. Onların sevincini sevincim, kədərini isə öz kədərim bilirəm”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Hamısı