Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında İctimai Şuranın iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin sosial islahatların inkişafı sahəsində qəbul edilən sərəncamların icrasında vətəndaş cəmiyyəti qurumlarının rolu, eləcə də ƏƏSM nazirliyi yanında İctimai Şura üzvləri ilə vətəndaş cəmiyyəti qurumlarının geniştərkibli görüşünün təşkili, daha sonra sosial islahatların genişləndirilməsində bilavasitə iştirak edən müvafiq dövlət qurumları, səlahiyyətli icra orqanları nümayəndələrinin və vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin iştirakı ilə birgə Forumun keçirilməsi məsələləri müzakirə olunub.
İclasda xidmətdən artıq qulluqçuların, miçmanların və digər hərbi mükəlləfiyyətli şəxslərin, müharibə veteranlarının, Çernobıl əlillərinin sanatoriya-müalicə məsələlərinin həllində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ƏƏSM nazirliyinin müvafiq qurumları ilə müzakirələrin aparılması, vərəm xəstəliyindən əziyyət çəkən sosial qayğıya ehtiyacı olan vətəndaşların sosial-məişət məsələlərinə diqqətin artırılması, ƏƏSM nazirliyi tərəfindən elan edilən müsabiqələrin qiymətləndirilməsində İctimai Şura üzvlərinin iştirakı məsələləri də müzakirə edilib.