İvanka Trampın xüsusi təşəkkür etdiyi azərbaycanlı

Cəmiyyət 19:15 14.06.2019

Nə qədər ki, fərdlərin təfəkküründə inqilab olmayıb, yüksək tərəqqidən danışmaq olmaz. Hər bir insanın mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi? Bu gün Azərbaycanda elə bölgələrimiz vardır ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nigahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar. Nəticədə xalqın arasında savadsız, elmsiz bir zümrə yaranır. Nəzərə alanda ki, bu qızların hər biri gələcəyin anasıdır, onda bu problemin nə qədər ağır olduğunun fərqinə varırsan. Amma çox sevinirəm ki, azərbaycanlı anaların arasında yüksək təhsil almış, müasir təfəkkürlü xanımlar da vardır. Bu gün sizə onlardan biri- Leyla xanım Tağızadə haqqında söhbət açmaq istəyirəm...

O, Sumqayıtda dünyaya gəlib. 1997-ci ildə orta təhsilini bu şəhərdə Təbiət Elmləri Gimnaziyasında başa vurub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsində ali təhsil alıb. Sonra bir il Sumqayıt 1 nömrəli Stomatologiya Poliklinikasında öz ixtisası üzrə internatura keçib. 2004-cü ildən doğulduğu şəhərdə fəaliyyət göstərən Hipokrat Tibb Mərkəzinin icraçı direktorudur...

...Atası tibb elmləri namizədi Mayıl Tağıyev əməkdar həkimdir. Uzun illər Sumqayıt Ruhi Əsəb Dispanserinə rəhbərlik edib. Anası Natavan xanım Kərimova həkim nevropotoloqdur. Bacısı Nigar xanım ulturasəs həkimidir. Yeganə qardaşı Allahverdi isə ixtisasca iqtisadçı olsa da Sumqayıt prokurorluğunun arxivində çalışır...

Leyla xanım 2006-cı ildə məşhur Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda ixtisasartırma kurslarını keçərək kliniki neyrofizologiya ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Almaniyanın Ludviqshafen şəhər klinikasında təkmilləşdirmə kursu keçib. 2007-2011-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun aspiranturasında təhsilini davam etdirərək səhiyyənin idarə olunması və ictimai sağlamlıq mövzusunda elmi iş müdafiə edib. Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb (PhD).
2014-cü ildən bir neçə dəfə ABŞ-da və o cümlədən Almaniyada səhiyyənin idarə olunması üzrə beynəlxalq təcrübə kurslarında olub. 2016-2017-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Slikon vadisində yerləşən “The Founder İnsitute”-də “Famile Founder” təqaüdü ilə təhsilini davam etdirib...

Deyir ki,- “Arzularım elə də çox deyil. Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək, bu sahədə gizli qalan həqiqətləri üzə çıxarmaq istəyirəm. Yerli startaplara biznesin inkişafı istiqamətində dəstək vermək, onların qlobal şəbəkəyə çıxmasına kömək etməyi planlaşdırıram. Və bütün analar kimi övladlarımın yüksək təhsilə yiyələnməsinə, əsl vətəndaş kimi böyüməsinə çalışıram”...

...Ömür-gün yoldaşı Emin Abdulov Milli Məclisdə deputat köməkçisi işləyir. Üç qızı vardır. Böyük qızı Ayan xanım 15, ortancıl qızı Mehriban xanım 12, üçüncü qızı Banu xanım 8 yaşındadırlar...

Leyla xanım sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2018-ci ildə yaradılan “Sosial İnnovation Lab” təşkilatının təsisçilərindən biridir. Bütün bunlardan əlavə bir sıra qlobal sammitlərdə iştirak edib. Onlardan ən yadda qalanı 2017-ci ildə Hindistanda keçirilən sammit olub. Həmin tədbirdə rəhbərlik etdiyi layihənin iştirakçısı Reyhan Camalova ən gənc ixtiraçı kimi ABŞ prezidentinin qızı İvanka Trampın çıxışında təqdirə layiq görülüb. Gəncin bu uğuruna görə Leyla Tağızadəyə xüsusi minnətdarlıq edərək, birlikdə xatirə şəkili çəkdirib…

Səmimi, təvazökar, dərin zəkalı, humanist, mehriban xanımdır. İndiyədək Rusiya, Azərbaycan elmi jurnallarında ona yaxın məqaləsi işıq üzü görüb. “EEQ-də yuxu assimetriyası” kitabının iki müəllifindən biridir. Badminton oynamağı xoşlayır. Tibbə, innovasiyaya aid kitabları mütaliə etməkdən yorulmur. Keçmiş sovet respublikalarına, Avropa ölkələrinin bir neçəsinə səyahət edib. Təbiət qoynunda ailəvi istirahət etməkdən zövq alır. Bir sözlə, haqında söhbət açdığım Leyla Tağızadə Azərbaycan xanımına məxsus olan bütün keyfiyyətləri özündə ehtiva edir. Hər bir Azərbaycan xanımı isə vəfasına, etibarına, ailəsinə bağlılığına, çalışqanlığına görə bütün dünya qadınlarından seçilir. Bəli, xanım yüksək təhsil alanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, yeni nəslin inkişafında əhəmiyyətli rol oynayır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Hamısı