Ailədə qadın və kişi münasibətləri - VİDEO | Eurasia Diary - ednews.net

24 İyul, Çərşənbə


Ailədə qadın və kişi münasibətləri - VİDEO

Cəmiyyət A- A A+

9 noyabr 2018-ci ildə təsis olunan Milli Mənəvi Dəyərlərimizə Dəstək ictimai birliyi bu günədək cəmiyyətdə mənəvi və dini dəyərlərin qorunması, yeniyetmə və gənclərin dünyagörüşünün, düşüncə bazasının genişlənməsi sahəsində bir sıra mühüm layihləri uğurla həyata keçirmişdir. Təşkilatın ən uğurlu layihələrindən biri də maarifləndirici Azərbaycanda islam və gənclik verilişidir.  Cəmiyyətimizin inkişafı, gənclərin maarifləndirilməsi, milli mənəvi və dini dəyərlərin aşılanması istiqamətində həyata keçirilən bu verilişin bu dəfəki sayında mövzu ailədə qadın və kişi münasibətləri, ekspert qismində psixoloq Könül Cəfərova və ilahiyyatçı Sahib Məmmədov idi. Verilişdə olduqca maraqlı və faydalı fikirlər səslənərək insanlara mühüm tövsiyyələr verilmişdir. Qeyd edək ki, verilişə maddi dəstəyi xaricdə yaşayan soydaşımız Hacı Anar Məmmədli öz üzərinə götürmüşdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...