"Xocalı Soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir" Riçardas Lapaytis BAMF-in Ali Qarabağ mükafatına layiq görülüb

Cəmiyyət 20:57 15.06.2019

Eurasia Diary-nin xəbərinə görə, Litvanın cənubunda Druskininkay şəhəri Gənclik Mərkəzində hərbi jurnalist, "Sonsuz Dəhliz" sənədli filminin filmin baş qəhrəmanı Riçardas Lapaytis Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ali Qarabağ mükafatına layiq görülüb.

Riçardas Lapaytis göstərdiyi cəsarətə, Qarabağ münaqişəsi və sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tərəfindən mükafatlandırılıb.

Təqdimetmə mərasimi "Sonsuz Dəhliz" sənədli filminin Druskininkay şəhərində nümayişi zamanı baş tutub. Tədbirdə filmin baş prodüseri və rejissoru Aleksandr Brokas, nümayişin təşkilatçıları, incəsənət xadimləri, qonaqlar, jurnalistlər və tələbələrlə birlikdə ümumilikdə 100 nəfər iştirak edib.
 
Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzidir.
 
Riçardas Lapaytis BAMF-in Litvadakı nümayəndəsidir. O, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində baş verən dəhşətli hadisələrin canlı şahidi olub.
 
Tədbirin əvvəlində Riçardas Lapaytis bütün qonaqları salamlayıb və “Sonsuz Dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsinin qurbanlarını ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edib.
 
 
"Bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır! "Sonsuz Dəhliz" filmi bütün dünyada və beynəlxalq kinofestivallarda tanınsa da, film Litvanın cənubunda ilk dəfə nümayiş olunur. Soyuq fevral günü, 1992-ci il fevralın 26-sı səhər qətlə yetirilən insanların dəhşətli rəqəmi ilə açıldı - Xocalı şəhərinin 613 dinc sakini xüsusi zorakılıqla öldürülmüşdü, onların 63-ü uşaq, 70-i yaşlı insan idi, 487 nəfər ağır yaralanmış, 54 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir düşmüşdü. Bütün Xocalı sakinləri doğma evlərindən və əmlaklarından məhrum ediliblər.  
 
Ağdamda anaların fəryadını eşitdim, uşaqların, yaşlıların və qadınların zorakılıqla öldürülməsini gördüm. Xocalı Soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir. 
 
Mən sizə Ağdamda rastlaşdığım gənc bir qız haqqında danışmaq istərdim. O, dostları öldüyü üçün ağlayırdı, amma məni onun necə sağ qaldığı maraqlandırırdı. Sən demə, yaxınlaşmaqda olan ermənilərin səsini eşidəndə o üzünü qana boyayıb və özünü ölülüyə vurub. O, erməni əsgərlərin onun öldüyünə əmin olmaq üçün atəş açmağa ehtiyac var, deməsini eşidib, ancaq digəri onun artıq öldüyünü deyib. Ermənilər uzaqlaşanda o, hər tərəfə vəhşicəsinə öldürülmüş və yaralanmış insanların səpələndiyi əzablarla dolu yolda irəliləməyə davam edir.  
 
Xocalının dinc əhalisini qətlə yetirənlərdən heç biri indiyədək cəzalandırılmayıb və yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyır. Onların bir çoxu yüksək siyasi vəzifələr tutub və Litvaya rəsmi səfərə gəliblər. Onlar kitablar yazır və öz qara əməlləri ilə lovğalanırlar.
 
Bu tədbirə ona görə gəlmişik ki, uşaqların uşaqlıq dövrü, onların valideynləri, həyatın özü və sülhə fərqli bir yanaşmamız var!
 
Bizim aramızda fərq yoxdur, hansı dinə etiqad edilir, dərimiz hansı rəngdədir, cinayətkarların adı olmur!
 
Tədbirdə Bakıdan gələn fəxri qonaq, hər zaman xarici jurnalistlərə xüsusi diqqət göstərən, BAMF-in prezidenti Umud Mirzəyev iştirak etdiyi üçün xüsusilə şadam. Umud müəllim qaçqındır. Onun doğma kəndi dağıdılıb. Onun üçün ən əziz insan - atası dünyasını dəyişib. Umud müəllim atasına verdiyi sözü yerinə yetirib və onu doğma kəndi Əbdürrəhmanlıda dəfn edib. Atasının məzarını ziyarət etmək mümkündür, amma bu çox təhlükəlidir - erməni snayperlər hətta qəbirlərə də atəş açır!
 
Bütün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm! Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. Hamınıza təşəkkür edirəm! Yəqin ki, tanrı ən vacib işlərdə ən sadə insanları seçir! Biz Azərbaycan xalqı ilə həmrəyik və ümumi mədəniyyəti, iqtisadiyyatı, ortaq tarixi olan iki gözəl və nəcib xalqın rifahı sayəsində etibarlı əlaqələr qururuq və qarşıda bizi güclü dostluq gözləyir!"
 

Film Dağlıq Qarabağda (Azərbaycan) kiçik Xocalı şəhərinin faciəvi tarixinin dəhşətlərinə şahid olan Litvalı jurnalist Riçardas Lapaytisə Xocalı hadisələrinin, müharibə əsirlərinin, jurnalistlərin və  ermənilərin azərbaycanlıları qətlə yetirməsinin təşkilində birbaşa iştirak edən şəxslərin danışdıqları əsasında çəkilib.  

Ekran əsərində bir gecədə 613 mülki şəxsin necə öldürüldüyü ilə bağlı acı reallıqlar əks olunur.

Film ilk dəfə 2015-ci il 1 iyul tarixində Britaniya Film və Televiziya İncəsənət Akademiyasında (BAFTA) nümayiş olunub. "Sonsuz Dəhliz" filmi «Global Film Awards 2015» müsabiqəsində "Böyük nəaliyyətlər" nominasiyasında «Humanitarian Award 2015» mükafatına layiq görülüb. Qeyd edək ki, "Global Film Awards" nüfuzlu Amerika nəşri Accolade Global Film Competition tərəfindən təqdim olunur. Film Madrid və Tenerifedəki beynəlxalq film festivallarında ilin ən yaxşı sənədli filmi və ən yaxşı rejissorluq işi kimi qəbul edilib.

"Sonsuz Dəhliz" filminin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və  Lüksemburqda keçirilib.

Videoda Litva dilində çıxışları izləmək mümkündür:

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
Hamısı