Fuad Abbasovun səhhəti pisləşdi | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Fuad Abbasovun səhhəti pisləşdi

Cəmiyyət A- A A+

Moskvada həbsdə olan jurnalist Fuad Abbasovun səhhəti pisləşib.

Eurasia Diary Musavat.com-a istinadla xəbər verir ki, bu barədə ailəsi sosial media vasitəsilə məlumat yayıb.

Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər.

Məlumatda həmçinin bildirilir ki, F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F.Abbasova aclıq aksiyasının dayandırılmasnı və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...