Builki MİQ müsabiqəsinin nəticəsi neçə il qüvvədə qalacaq? - Rəsmi | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Builki MİQ müsabiqəsinin nəticəsi neçə il qüvvədə qalacaq? - Rəsmi

Cəmiyyət A- A A+

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək

Bəs MİQ müsabiqəsinin nəticəsi 2 ildən artıq qüvvədə saxlanıla bilər?

Namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ müsabiqəsinin nəticəsi 2 ildən artıq qüvvədə saxlanılmır.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən təşkil edilir. Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...