Məmməd Əmin Rəsulzadə Türk dünyasının böyük şəxsiyyətləri haqqında...

Cəmiyyət 13:06 16.06.2019

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin zəngin əsərləri sırasında türk dünyasının tanınmış insanları haqqında çox dəyərli fikirləri vardır.Bu fikirlərin maraqlı olacağını nəzərə olub ictimaiyyətə təqdim edirəm.

Nəsiman Yaqublu

Tarix elmləri doktoru

Mustafa Kamal Atatürk haqqında - “Başında Atatürk kimi bu nüfuzu yaradan və onu ən böyük ölçüdə, millət və dövlətin ən həyati mənfəətləri üçün qullanmasını(istifadəsini) bilən böyük əzmli dövlət adamları olan qardaş Türkiyənin bu tarixi müvəffəqiyyətinə biz azərbaycanlıların candan sevindiklərini söyləməyə ehtiyac varmıdır?!..” “Qurtuluş” jurnalı, Berlin, il:4, sayı:28, fevral 1937-ci il. “XX əsrin Şərqi, XIX əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı (üsyan) ilə Fransız inqilabını bir həmlədə yapmaq zərurətindədir. Mustafa Kamalın böyüklüyü, işdə tarixin bu zərurətinin qavrayışındadır.

Bu böyük dahisi ilə türk milliyyətçiliyinin şanlı başbuğu (komandiri) eyni zamanda qurtulan Şərqin simvoludur”. “Qurtulan Şərqin simvolu”. “Azərbaycan” jurnalı, Ankara, il:2, sayı:8-9, noyabr-dekabrt, 1953.

Ziya Göyalp haqqında - “Ziya bəy, tənəzzülə məhkum olan Osmanlı imperatorluğunun sövqi tarixlə çökən xarabalıqları altında qalan Türk nəslinə, bu fəlakətdən mütəvəllit (doğan) yeiş (matəm, yas) və hüznə qapılmayıb, yeni bir sövq ilə yaşamaq və çalışmaq ümidini təlqin etdi. Onun milliyyətpərvərlik və Türkçülük sahəsində olan elmi təbliğatı qəlblərə çökən hüznü dağıtdı. Bunun yerində o, milli ümid işığını aydınlatdı. Hazırkı Türk nəsli, vücuda gətirdiyi binanı istiqlal üçün Ziya bəyin təmsil etdiyi milliyyət fikrinə mədyundur (borcludur).

Əfəndilər, Ziya bəyin təbliğatı, yalnız Türkiyə üfüqlərinə bağlanmış bir fikir deyildir. “Türk Yurdu” və “Türk Ocağı”nın tərvic (rəvacvermə) eylədikləri əfkarın (ictimaiyyətin) mübəşşiri (xoşxəbəri) olan Ziya bəy, Türkçülük məfkurəsini Türkiyəçilik şəklində anlamırdı. Türklük yal¬nız Türkiyəyə bağlı olmadığı kimi, Türkçülük də Türkiyəçilik deyildir. Bütün türk ölkələri ilə bərabər, Azərbaycan Türkləri də milli məfkurə atəşi ilə tutuşmuşlardır...

Azərbaycan Türklüyü indiki halda milliyyətpərvərliyi qəbul etmə¬yən yabançı bir qüvvətin istilasındadır. Gəncliyi “kommunizm əlifbası xari¬cində hər şeyi oxumaqdan məhrum edilən zalim qüvvət kitabxanalardan gərək Ziya bəyin, gərək Emin bəyin əsərlərini qaldırmışdır. Fəqət mü-bariz Azərbaycan gəncliyi bütün buna rəğmən, “kommunizm əlifbası”nı deyil, “Türkçülük əsasları”nı əzbərləyir”. Ziya Göyalpın dəfni mərasimində çıxışı. 1 sentyabr 1924-cü il. “Yeni Qafqasiya” jurnalı. “Azərbaycan” jurnalı, Ankara, il 3, sayı:8(32), noyabr 1954-cü il.

Cəfər Seyidəhməd Krımər haqqında - “Cəfər Seyidəhməd ...Milli Azərbaycan nəşriyyatını təqib edənlər bu imza altında çıxan məqalələrdəki doğmalıq və canlılığı bilirlər. Bir çoxumuz Cəfər bəyi nitq söylərkən də görmüş, onun sadə sürən bir yazıçı deyil, məharətli bir natiq olduğuna da qane olmuşdur.

Yazılarında və çıxışlarında şəkilcə də parlaq olan Cəfər Bəyin ürəklərə keçən ötkünlüyü, şübhə yox¬dur ki, onun yüksək idealizmindən gəlir.

Bu idealizmin nə olduğunu anlamaq üçün “Yeni Qaf¬qasiya”dan baş¬layaraq bu günə qədər çıxan nəşriyyat kolleksionlarımızın, sadə, 27 Ni¬san və 28 Mayıs nüsxələrindəki Cəfər Bəy məqalələrinə baxmaq yetərlidir.

Əsir Türk elləri arasında milli faciəsi daha ağır olan qardaş Krım tarixinin həqiqi məhsulu olan Cəfər bəyi, bu məqalələrində də Qaspirallı Böyük İsmayıl Bəyin ənənənsinə sadiq bir ideya adamı olaraq görürük.

Bir ceyrək əsrdən bəri, həyatının ən gənc çağını canından artıq sevdiyi gözəl yurduna həsr edən Cəfər Bəy ortaq düşmənə qarşı yürüdülən istiqlal mü¬cadiləsinin ancaq birlikdə yapılacaq ciddi bir həmlədə müvəffəq olaca¬ğına inananların başda gedənidir”.”Cəfər Seyidəhməd üçün”. “Qurtuluş” jurnalı,il-2, sayı-11, sentyabr 1935-ci il.

Tofiq Fikrət haqqında - “Təvatürlə (ağız¬dan-ağıza yayılma) aldığımız müəssif(təəssüf do-ğu¬ran) xəbərlərə görə, türk şairi Tofiq Fikrət bəy öl¬müşdür. İştə (budur), “tarixi-qədim”in bir cil-vəyi-dühası daha!

Türk ədəbiyyatının Osmanlı şivəsi ilə aşina olan¬lar bu gün sənət naminə duyduğumuz böyük bir təsirlə vəfatını xəbər verdiyimiz Tofiqin “tari¬xi-qədimini bilməz deyildirlər...

Bir şair üçün təsaviri-xəyaliyyəsini həqayiqi-həyatda görmək, kəndisinə daldığı zaman kəndi hissiyyatını oxşamaq üçün yazdığı nəşidələri görmədiyi, bilmədiyi ağızlardan eşitmək nə böyük bir hədiyyə, nə böyük bir zövqdür!”. “Açıq söz”, 20 sentyabr 1917, N570.

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı