Müəllimlərin yerdəyişmə nəticələri nə vaxt elan olunacaq? - Cavab | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Müəllimlərin yerdəyişmə nəticələri nə vaxt elan olunacaq? - Cavab

Cəmiyyət A- A A+

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Xatırladaq ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər.

Bəs müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri nə zaman elan olunacaq?

Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr açıqlanacaq. Hazırda isə müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Qısa müddət ərzində  artıq bütün nəticələr namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək.

Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...