SON DƏQİQƏ! "Alov qüllələri"nin yaxınlığında güclü yanğın - VİDEO | Eurasia Diary - ednews.net

23 İyul, Çərşənbə axşamı


SON DƏQİQƏ! "Alov qüllələri"nin yaxınlığında güclü yanğın - VİDEO

Cəmiyyət A- A A+

Bu gün saat 14:30 radələrində Bakı şəhər Səbail rayonu ərazisində yanğın olub.

Eurasia Diary xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın qarşısında, yamacdakı ağaclığı alov bürüyüb.

Hadisə vaxtı 3500-4000 kvadrat metrlik ərazidə quru ot və kol-kos yanıb. Yanğın ərazidəki çoxillik ağaclara da zərər vurub. Artıq əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Hadisənin hansı səbbədən baş verdiyi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...