“Azərbaycan və Misir arasında turizm əlaqələrini genişləndirmək istəyirik” Misirin Turizm naziri xanım Dr. Raniya əl-Maşat

İyunun 15-də Misirin ölkəmizdəki səfiri cənab Adel İbrahimin təşkilatçılığı ilə Misirin Turizm naziri xanım Raniya əl-Maşat mətbuat konfransı keçirib.

İqtisadiyyat 09:05 17.06.2019
Eurasia Diary xəbər verir ki, Bakıya Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün gələn Misirin Turizm naziri ilə mətbuat konfransının təşkil edilməsində əsas məqsəd iki ölkə arasında turizm əlaqələrinin inkişafının təbliğ və təşviqidir.
 
Xanım nazir Raniya əl-Maşat, ilk növbədə, bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərin baş tutmasından çox şad olduğunu vurğulayıb. 
“Sevindirici haldır ki, tarixən qədim əlaqələrə malik Azərbaycan və Misir xalqı arasında oxşarlıq çoxdur. Həmçinin iki ölkə arasında turizm münasibətləri ötən illərlə müqayisədə çox inkişaf edib və turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.”
 
Nazir qeyd edib ki, Misirin turizm sektoru çox inkişaf edib və ölkə gəlirinin 20%-dən daha artığı turizmin payına düşür. Buna görə də, Misir turizm əlaqələrinin genişdirilməsinə böyük əhəmiyyət verir. Belə ki, 2018-ci ildən turizmin təbliği və təşviqini hədəfləyən yeni bir turizm planı həyata keçirilir. Bu məqsədlə, Azərbaycan və Misir arasında turizm əlaqələrini genişləndirmək üçün Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşlar təşkil olunacaq. Reyslər “SCAT Airlines” aviaşirkəti tərəfindən Boeing 757-200 təyyarələri vasitəsilə iyulun 18-dən etibarən həyata keçiriləcək. Xanım nazir Raniya əl-Maşat Bakıya uçuşunun 14 saat çəkdiyini deyib. Lakin Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa reyslərlə uçuş zamanı Azərbaycan və Misir arasında səyahət müddətinin 3,5 saat olması nəzərdə tutulub. 
 
Misirin Turizm naziri 2020-ci ildə pramidaların yaxınlığında böyük bir muzeyin açılacağı barədə məlumat verib. 
“Muzeydə təxminən 10 min eksponat, o cümlədən firon Tutanhamona aid 5 mindən artıq eksponat nümayiş etdiriləcək. Bu muzeydə turistlərin eksponatlar ilə selfi çəkdirməsinə şərait yaradılacaq. Muzey turistlərin gəliş-gedişinin asanlaşdırılması məqsədilə Sfinks beynəlxalq hava limanı yaxınlığında inşa ediləcək.”
 
Misir hökuməti tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsində bütün lazımi  standartlara riayət edildiyini və beynəlxalq ekspertlərin şahidliyi ilə Misirdə sabitliyin olduğunu vurğulayan xanım nazir azərbaycanlıları ölkəsinin turizm imkanları ilə geniş şəkildə tanış etmək istədiyini deyib.
 
Tədbirin sonunda xanım nazir Raniya əl-Maşat, Azərbaycan xalqına və Misirin ölkəmizdəki səfiri cənab Adel İbrahimə təşəkkürünü bildirib. 
 
Həşim Məmmədov, Təbriz Abbasov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı