Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Cəmiyyət A- A A+

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bu münasibətilə bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə bir qrup tibb işçisi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan Prezidentinin "Azərbaycanda tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" 2001-ci il iyunun 4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Daha sonra ölkə rəhbərinin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...