İştirak üçün çağırış - Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu! | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


İştirak üçün çağırış - Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu!

Cəmiyyət A- A A+

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi 28-30  iyun 2019-cu il tarixlərində Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edir. Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara Hazırda dünya əhalisinin 15%-dən çoxunu əlilliyi olan insanlar təşkil edir. Məlumata görə, Azərbaycanda əlilliyi olan insanların sayı 620,000 nəfər yaxud əhalinin təxminən 6%-i nisbətindədir. Onlar 1.3 milyon təqaüdçünün təxminən 30%-ni, eyni zamanda yetkinlik yaşına çatmayan və əlilliyə görə müavinət alanların 60%-ni təşkil edirlər. Əlilliyi olan insanlar gündəlik həyatda hər gün bir sıra çətinliklərlə üzləşir və maneələrlə rastlaşırlar ki, bu çətinliklər çox zaman geniş əhalinin nəzərindən yayınır: əlçatmaz infrastruktur, stiqma, müvafiq yardımçı texnologiyaların olmaması, həyatın demək olar bütün sahələrində onlarla bağlı xidmətlərin və siyasətin olmaması bu maneələrə aiddir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əlilliyi olan insanların ən çox üzləşdikləri çətinliklərə onlara qarşı cəmiyyətdə olan münasibətfiziki məhdudiyyətlər, sosial faktorlar, əlçatan infrastrukturun, o cümlədən rabitə və nəqliyyat sistemlərinin olmaması habelə qanunvericiliklə bağlı və siyasi dəstəyin kifayət qədər olmaması kimi məqamlar aiddir. Çox vaxtı əlilliyi olan insanlar eyni zamanda bir neçə maneə ilə üzləşirlər.

Bu maneələri qeyri-ənənəvi yolla aradan qaldırmaq məqsədilə, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi “UNLIMITED” (“Məhdudiyyətsiz”) konsepsiyası altında ikigünlük İnklüzivlik Hakatonu təşkil edir.

48 saat fasiləsiz davam edəcək bu tədbirin əsas məqsədi, Azərbaycanda əlilliyi olan insanların təcrübəsində rast gəlinən çətinlikləri göstərərək, bu çətinlikləri aradan qaldırmaq üçün ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanları bir araya gətirməkdən ibarətdir. Həll yolları dedikdə müxtəlif innovative xidmərlər və məhsullar nəzərdə tutulur (məsələn, tətbiqi proqramlar, vebsaytlar, elektron məhsullar). Əlilliyi olan insanların yaşayışını yaxşılaşdırmaq üçün Hakaton iştirakçıları 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu tərəfindən ideya dizaynının əsaslarını və sirrlərini mənimsəyəcəklər. Proqrama iştirakçı qismində qatılmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri, əlilliyi olan insanlar, texnologiya sahəsinin peşəkarları və yüksək motivasiyası olan gənclər və ümumilikdə həvəsli insanlar dəvət olunur.

Proqram, hakatona qoşulmağa maraq göstərən icma fəalları və könüllülər, veb tərtibatçılar, dizaynerlər, veb proqramçılar, əlilliyi olan şəxslər, jurnalistlər və hökumət qurumlarında çalışan insanlardan müraciətlərin qəbulu üçün açıq elan olunur! Qeydiyyata alınanlar intensive iş şəraitində qrup şəklində işləyəcək və əlilliyi olan insanların problemləri və ehtiyacları barədə məlumatlılığın artmasına şərait yarada bilən, habelə onlar üçün bu problemlərin həllinə kömək edən bir sıra praktiki prototiplər hazırlayacaqlar. 

Qalib gələn ideya 5,000 Azərbaycan manatı məbləğində mükafat qrantı alacaq və mükafatdan sonrakı üç ay müddətində peşəkar təlimatçı yönləndirməsindən yararlanacaq. Üç ay müddətində prototipin tətbiqi tamamlanmalıdır. Üç ay müddəti bitdikdə yeni icad edilən tətbiqin artıq işlək vəziyyətdə olması nəzərdə tutulur.

Hakaton İncəsənət Muzeyində keçiriləcəkdir (tam ünvan: Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı, 1000 Bakı, Azərbaycan).

Təcrübəli təlimatçı komandası iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər. Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda  innovasiya, inklüzivlik və texnologiya sahəsində yüksək səriştəsi olan milli və beynəlxalq ekspertlər sırasından seçilmiş jüri üzvləri ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər.

Əgər siz və komandanız müsbət sosial dəyişiklikdə iştirak etmək, Azərbaycanda əlilliyi olan insanların rifahını yaxşılaşdırmaq üçün rəqəmsal həll yolları təklif etmək və bu dünyanı “Heç kəs kənarda qalmasın” prinsipinə uyğun daha yaxşı məkana çevirmək istəyirsinizsə, BMTİP-nin ilk dəfə təşkil etdiyi İnklüzivlik Hakatonuna qoşulmağa tələsin!

Daha ətraflı məlumat almaq üçün BMTİP-nin Unlimited veb səhifəsinə nəzər salın. Yeni innovativ üsullar və orta və yüksək texnologiyaların tətbiqi vasitəsilə əlilliyi olan insanlara uyğun həll yollarını birgə işləyib hazırlamaq məqsədilə Hakatona qoşulmaq arzusunda olanlardan proqramda iştirak etmək üçün bu ərizə formasını doldurmaqları xahiş olunur.Ərizələrin qəbulu 23 iyun 2019-cu il tarixində Bakı vaxtı ilə 23:59-da başa çatacaqdır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...