Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

Cəmiyyət A- A A+

Bu gündən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

“APA-Economics”in Yekaterinburqun Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uçuşlar hər həftənin II günləri həyata keçiriləcək.

Məlumata görə, 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsi Yekaterinburqdan yerli vaxtla 17:30-da, əks istiqamətdə isə saat 12:30-da havaya qalxacaq.

“Yeni hava daşıyıcısının işə başlaması ilə Yekaterinburqdan Azərbaycana yola düşən birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq. Həftədə iki dəfə – cümə axşamı və bazar günləri – Bakıya uçuşları “Ural Airlines” həyata keçirir. Bakı Cənubi Qafqazın aparıcı iqtisadi və mədəni mərkəzidir, Xəzər dənizi sahilində yerləşən iri bir limandır”, - deyə Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...