"Daha 1017 şəhid varisinə 11 min veriləcək" - Nazirlik | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


"Daha 1017 şəhid varisinə 11 min veriləcək" - Nazirlik

Cəmiyyət A- A A+

Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Qeyd edək ki, bu vaxta qədər 10472 şəhidin 15498 varisinə birdəfəlik ödəmə haqqında qərar qəbul edilib.

Bununla da şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının artıq 85,4 faizi icra olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...