Azərbaycan müəllimlərinə şad xəbər - MAAŞLAR ARTDI | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Azərbaycan müəllimlərinə şad xəbər - MAAŞLAR ARTDI

Cəmiyyət A- A A+

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC-ın dərc etdiyi sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.

 

Maaşları artırılanlar arasında dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də var.

Müvafiq sərəncama əsasən, onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...