“Misra" informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ağdam rayonunda “Erməni terror təşkilatlarının vəhşiliklərinin beynalxalq ictimaiyyətə çatdırılması” adlı layihənin çərçivəsində tədbir keçirib.
Eurasia Diary-nin xəbərinə görə, tədbirdə 25-dən çox iştirakçı olub.
Tədbiri giriş sözü ilə ekspert İradə Həsənova açıb. O, gələn iştirakçıları salamlayıb və erməni terror təçkilatlarının vəhşilikləri haqqında məruzə ilə çıxış edib.
Sonra “Misra“ informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyinin sədri Malik Abbasov da gələn qonaqları salamlayıb və layihə haqqında geniş məlumat verib.
Ekspert Yeganə Ələkbərova erməni terror təşkilatlarının vəhşilikləri haqqında və ermənilərin beynəlxalq aləmə yalan informasiya çatdırmaları barədə çıxış edib.
Sonda iştirakçılar erməni vəhşilklərindən danışıblar.