Azərbaycan Prezidenti İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə növbəti sosial paketi təsdiq edib.
Eurasia Diary xəbər verir ki, ölkə başçısının imzaladığı paket bu istiqamətdə həyatda keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb.
Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Bundan başqa imzalanmış sərəncamlarda hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması nəzərdə tutulub.
Qeyd edək ki, İlham Əliyevin imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minəcək.