Ceyhun Bayramov maaş artımı ilə bağlı Prezidentə təşəkkür etdi | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Ceyhun Bayramov maaş artımı ilə bağlı Prezidentə təşəkkür etdi

Cəmiyyət A- A A+

Bu gün Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət və media qurumlarının rəhbərləri iştirak ediblər.    

Eurasia Diary AzEdu.az-a istinadən xəbər ki, mərasimdə çıxışı zamanı şagirdlərin olimpiadaya təşviq edilməsi üçün atılan addımlar barədə məlumat verən Təhsil naziri Ceyhun Bayramov olimpiadada müəllim faktoruna da toxunub.

O bildirib ki, son illər təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq təhsildə müəllim faktoru qabarıq və ədalətli şəkildə vurğulanır.

Ceyhun Bayramov olimpiadalarla bağlı müəllimlər arasında keçirilən müsabiqəni də vurğulayıb və müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı Prezidentə təşəkkürünü bildirib:

"Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşının artırılması ilə bağlı müəllimləri təbrik edirəm. Təhsil cameəsi adından Cənab Prezidentə minnətdarlığını bildirirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...