Adını məşhur “Forbes” jurnalında görmək istəyən sumqayıtlı şagird

Cəmiyyət 12:40 20.06.2019

XX əsrin görkəmli amerikalı təhsil nəzəriyyəçisi Con Dyuvinin gözəl bir kəlamı vardır: “Təhsil həyata hazırlıq deyil, həyatın özüdür.” 
Bəli, keyfiyyətli təhsil xalqın işıqlı gələcəyi, həyatın özü deməkdir. Bu mənada Azərbaycanla ABŞ-ın təhsil sistemi arasında fərqlər çoxdur. Əgər Azərbaycanda şagirdlərə elmin nəzəri tərəfləri tədris olunursa, ABŞ-da isə elmi nəzəriyyənin tətbiqi üsullarına üstünlük verilir. Nəticədə azərbaycanlı şagirdlər daha çox məlumatlı olsalar belə müstəqil həyata hazır olmurlar. Amerikalı həmyaşıdları isə onlardan fərqli olaraq bacarıq və vərdişələrə mükəmməl yiyələnirlər...

Bu gün sizə Azərbaycanda yaşasa da, amerikalı şagirdlərə xas olan bacarıq və vərdişləri özündə ehtiva edən bir yeniyetmədən söhbət açmaq istəyirəm. Adı Ayan, soyadı Abdulovadır. 2003-cü ildə Sumqayıtda dünyaya gəlib. Doğulduğu şəhərin Təbiət Elmləri Təmayüllü Gimnaziyasının onuncu sinfini təzə bitirib. Dərs əlaçısı olmaqla yanaşı, tənqidi və yaradıcı düşüncəyə malik insandır. Gələcəkdə İstanbul Universitetinin kompyuter elmləri fakultəsində bakalavr, Amerikada isə magistr dərəcələrinə yiyələnmək istəyir. Yaxın hədəfi isə bir illik “FLEX” proqramını qazanıb, orta təhsilini ABŞ-da yekunlaşdırmaqdır. Yaşının az olmasına baxmayaraq bir sıra uğurlara imza da atıb. Zarafat deyil, 2019-cu ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçirilən, Niderland kraliçasının, eləcə də ABŞ prezidentinin qızı İvanka Trampın açılış etdiyi “Qlobal Sahibkarlıq Sammiti”ndə “Ən gənc sahibkar” adına layiq görülüb və xarici medianın diqqətində olub. ABŞ, Çin və Niderlandın kütləvi informasiya vasitələrində onun haqqında məqalələr işıq üzü görüb...

Əslində onun qazandığı uğurların tarixçəsi bir il bundan əvvəl başlayıb. İlk nailiyyəti 2018-ci ilin fevral ayına təsadüf edir. “İntel İSEF” beynəlxalq təşkilatının Azərbaycan Təhsil nazirliyi ilə birlikdə məktəblilər arasında keçirdiyi “Sabahın alimləri-2018” respublika müsabiqəsində “Əlillər üçün beyinlə idarə olunan interfeys” layihəsi ilə birinci yeri əldə edib. 2018-ci ilin may ayında dünyanın əlli iki ölkəsinin qatıldığı “Climatelaunchpad” müsabiqəsində “PictoFy” layihəsinə görə “Tamaşaçıların sevimli startapı” nominasiyasına layiq görülüb. Sonra dünyanın yetmiş ölkəsinin iştirak etdiyi beynəlxalq səviyyəli “Creative Business Cup” müsabiqəsində ikinci yerə çıxaraq, Çinin Şanxay şəhərində Azərbaycanı təmsil etmək hüququ qazanıb. 2018-ci ilin noyabr ayında İqtisadiyyat nazirliyi ilə BMT-nin təşkil etdiyi ikinci Respublika İnnovasiya Müsabiqəsində “PictoFy” layihəsi ilə ikinci yerə layiq görüldüyü üçün İstanbulda keçirilən konfransa dəvət olunub. Həmin il "Microsoft" şirkətinin "Girls in Artificial intelligence" təqaüdünə sahib olub. Bu ilin fevral ayında isə “Sabahın alimləri-2019” respublika müsabiqəsində ikinci yeri tutub. Eyni zamanda baş ofisi Tayvanda yerləşən beynəlxalq “ACER” şirkətinin kompyuter elmləri üzrə “Ən yaxşı innovativ layihə” müsabiqəsinin qalibi seçilib...

Deyir ki,- “Ən böyük arzum məşhur “Forbes” jurnalının reytinq cədvəlinə adımın düşməsidir. İstəyirəm ki, mənim yerli layihələrim qlobal təsirə malik olsun. Həmyaşıdlarıma isə tövsiyə edirəm ki, heç vaxt ruhdan düşməsinlər, çox oxusunlar, çalışqan, inadcıl olsunlar”…

İngilis, rus, türk dillərində fikirlərini sərbəst ifadə edə bilir. Riyazi biliklərə, dərin təfəkkürə malik olan, çox danışmağı xoşlamayan bu yeniyetmə qızla söhbətimiz zamanı bir daha əmin oldum ki, Azərbaycan məktəblisi xarici ölkələrdə yaşayan, müxtəlif xalqları təmsil edən həmyaşıdlarından heç də geri qalmır. Bəli, uşaqların savadlı, bacarıqlı olmasında ailə və məktəbin müştərək rolu vacibdir. Biz bu birliyə nail olsaq Ayan kimi övladlar çox yetişər. Və ölkəmizi dünya miqyasında təmsil edənlərin sayı artar...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
Hamısı