BMT-nin Qaçqınlar Üzrə Ali Komissarı Flippo Qrandi Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət edib.
Eurasia Dairy-nin APA-ya istinadən məlumatına görə, müraciətdə bildirilir: “Bu gün mən qaçqınlara xidmət etdiyim 35 illik peşə fəaliyyətim dövründə görüşmüş olduğum sizin kimi insanlar barədə düşünürəm. Bu görüşlər sizin təhlükəsiz sığınacaq tapdığınız düşərgələrdə, qəsəbə və şəhərlərdə olub. Mən daim sizin hekayələrinizdən təsirlənir və sizin ümidlərinizdən ruhlanıram.
Beləliklə, təkcə Ümumdünya Qaçqınlar Günündə deyil, mən və həmkarlarım hər gün sizə kömək etmək üçün bacardığımız hər şeyi edəcəyimizə söz veririk. Baxmayaraq ki, zorla didərgin salınmış insanların sayı (70 milyondan artıq) indiyə qədər qeydə alınan bütün rəqəmlərdən yüksəkdir, biz dünyanı sizə dəstək üçün səfərbər etməyin ən yaxşı yollarını işləyib hazırlamışıq”.