BMTİP, Azərbaycan Hökuməti əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə müraciətlərin qəbulunu açıq elan edir

Cəmiyyət 19:44 24.06.2019

Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə ELAN

Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir

Proqramın məqsədi

Öz bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və / və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur.

Kimlər iştirak edə bilər?

Proqram 2019-2020-ci illər üzrə Azərbaycanın Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində icra olunacaq. Proqramda qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər. 

Proqramın icrasının mərhələləri

Proqram namizədlərin sahibkarlıq barədə biliklərinin qiymətləndirilməsi və seçilməsi ilə başlanır. Yuxarıda göstərilən rayon və şəhərlərdə seçiləcək 700 namizədə sahibkarlıq haqqında məlumatlar veriləcək və iqtisadi cəhətdən əlverişli və davamlı biznes planları hazırlamaq üçün pulsuz təlim kursları təşkil ediləcəkdir.

Təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planın hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizədə yeni biznesin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək və onlar natura formasında qrantla təmin olunacaqlar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) layihənin icraçı orqanı kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) layihə üzrə texniki yardım, potensialın inkişaf etdirilməsi və əməliyyət dəstəyi göstərir.

Proqramda iştirak etmək üçün ümumi seçim meyarları aşağıdakılardan ibarətdir

  1. Əlilliyi olan şəxslər
  2. Yaşayış yeri: Gəncə şəhəri, Mingəçevir şəhəri, Sumqayıt şəhəri, Şəmkir rayonu, Zaqatalarayonu, Göyçay rayonu, Bərdə rayonu, Şamaxı rayonu, Füzuli rayonu, Abşeron rayonu, Sabunçurayonu, Binəqədi rayonu
  3. Azərbaycan Respublikasının vətəndaşı
  4. Tələb olunan minimal təhsil səviyyəsi: ibtidai təhsil
  5. Öyrənmək və işləmək üçün yüksək motivasiyaya malik olmaq
  6. Liderlik potensialı olan və ictimai həyatda fəal şəxslərə üstünlük veriləcək
  7. Baza kompüter bacarıqları (arzuolunandır)
  8. Dövlət Məşğulluq Xidmətində qeydiyyat/Məşğulluq Mərkəzinin işsizlik statusu haqqında arayışı.

Proqrama müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı

  1. Doldurulmuş ərizə forması
  2. ƏƏSMN-nin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" elektron xidmətindən çıxarılmış əlillik barədə elektron arayış:  http://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3481/0

Necə müraciət etmək olar

  1. Maraqlanan şəxslər ərizə formasını ƏƏSMN-nin internet səhifəsindən yükləyə bilərlər:http://sosial.gov.az 
  2. Müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edərək Mərkəzlərin kompüterlərindən istifadə edə bilərlər
  3. Rayon (şəhər) Məşğulluq Mərkəzindən müraciətlərin çap versiyasını əldə edə və mərkəzin proqramlar sistem vasitəsilə göndərə bilərlər.

Doldurulmuş ərizə, 10 iyul 2019-cu il tarixindən gec olmayaraq aşağıda qeyd olunan elektron poçt ünvanlarına göndərilməlidir:

  1. [email protected]
  2. [email protected]
  3. [email protected]
  4. [email protected]
  5. [email protected]
  6. [email protected]
  7. [email protected]
  8. [email protected] 
  9. [email protected]
  10. [email protected]
  11. [email protected]
  12. [email protected] 

Zəhmət olmasa, məktubun mövzu (Subject) hissəsində “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsi” qeyd edilsin.

Seçim meyarı

Qəbul olunan ərizələrə bu layihə çərçivəsində təyin edilmiş ƏƏSMN, BMTİP və layihədə iştirak edən digər tərəflərin nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə Komitəsi baxacaq və seçim meyarlarına uyğun olaraq seçilmiş namizədlər təlimlərə dəvət olunacaqlar.

Təlimlərdə iştirak edən və uğurlu biznes plan hazırlayan iştirakçılar avadanlıqlar və xammal şəklində dəstək almaq imkanı əldə edəcəklər.

Qeyd:

  1. Proqrama yalnız qeyd edilən şəhər və rayonlarda həqiqi yaşayış yeri olan
    və Məşğulluq Mərkəzlərində qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər.
  2. Ailə üzvləri müraciət və təlim müddətində ərizəçiləri dəstəkləyə bilər;
  3. ƏƏSMN və BMTİP namizədlərin ərizə formasında yaşayış yeri, əlillik, təhsil, iş və ya digər meyarlar üzrə təqdim etdiyi məlumatların həqiqiliyini yoxlamaq üçün əlavə sənədlər tələb edə bilər.

***

Əlavə məlumat üçün BMT-nin İnkişaf Proqramının layihə meneceri ilə əlaqə 
saxlaya bilərsiniz:

Faiq Sadıqov

Layihənin meneceri

[email protected]

T + 994 12 596 50 33

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı